BAKI, 11 fevral — Sputnik. Paytaxtın Bayıl yamacında baş verən sürüşmə anı kameraya düşüb. Sputnik Azərbaycan oxu az-a istinadən xəbər verir ki, görüntüləri hadisə şahidləri göndəriblər.
Videoda sürüşmə zamanı bir evin tamamilə dağıldığı açıq-aydın görünür.
Xatırladaq ki, fevralın 10-da baş verən sürüşmə zamanı dörd evin dağıldığı bildirilib. Ərazidə yaşayan sakinlər təxliyyə olunub.