CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xızıda silah anbarında təmizləmə əməliyyatları yekunlaşıb

© Photo : ANAMAXızıda 207 ədəd partlamamış hərbi sursat aşkar edilib
Xızıda 207 ədəd partlamamış hərbi sursat aşkar edilib - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında partlayış baş verib

BAKI, 11 fevral — Sputnik. Xızıda silah anbarında partlayışla əlaqədar aparılan əməliyyatlar yekunlaşıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışla əlaqədar aparılan təmizləmə əməliyyatları bu gün yekunlaşıb.

Ərazilərdən tapılan partlamamış hərbi sursatların gələn həftə təhlükəsiz şəraitdə partladılması nəzərdə tutulub.

Дым и пламя над складом боеприпасов на военной базе в городе Калиновка в Винницкой области, Украина 27 сентября 2017 года - Sputnik Azərbaycan
Silah anbarı partladı, ərazi sakinləri təxliyə edilir

Qeyd edək ki, əməliyyatların davam etdiyi 133 gün ərzində ətraf ərazilərdə yerləşən evlərə, həyətyanı sahələrə, ferma ərazilərinə, əkin və otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, rabitə qovşağına, telestudiya ərazisinə, kənd qəbiristanlığına, su kanalına, istixanaya, hərbi şəhərciyə, kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib. 

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində yerli sakinlər arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb

Qeyd edək ki, ötən il avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0