BAKI, 27 sentyabr — Sputnik. Ukraynanın Vinnitsya vilayətinin Kalinovka şəhərində silah-sursat anbarında, naməlum səbəblərdən partlayış baş verib. Sputnik xəbər verir ki, 24 min nəfər bölgədən təcili evakuasiya edilib. Ukraynalı rəsmilər ərazidə hava nəqliyyatının dayandırıldığını açıqlayıblar.
Sözügedən anbarda 188 min ton hərbi sursat olduğu bildirilir. Polis hadisə ilə bağlı aradırmalarını davam etdirir.