Moskvada içində 71 nəfər olan təyyarə qəzaya uğrayıb - VİDEO

© REUTERS / Maxim ShemetovQəza yerində xilasetmə qüvvələri
Qəza yerində xilasetmə qüvvələri - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza zamanı təyyarədə 65 sərnişin və 6 ekipaj üzvü olub

BAKI, 11 fevral — Sputnik. Rusiyada təyyarə qəzası baş verib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla məlumatına görə, An-148 təyyarəsi Moskva ətrafında qəzaya uğrayıb.

Российские штурмовики Су-25 взлетают с авиабазы Хмеймимв Сирии - Sputnik Azərbaycan
Rusiya Suriyada "Su-25" təyyarəsinin vurulduğunu təsdiqləyib, pilot ölüb

An-148 "Saratov aviayolları" şirkətinə məxsus olub və Moskvanın "Domodedovo" hava limanından qalxıb. Aeroportdan qalxandan 2 dəqiqə sonra təyyarə radarlardan itib. An-148 Orska uçurmuş.

Az sonra təyyarənin düşdüyü yer müəyyən edilib. O, Moskva ətrafındakı Ramensk rayonunda düzənlik əraziyə düşüb.

Qəza zamanı təyyarədə 65 sərnişin və 6 ekipaj üzvü olub. Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gediblər. Təyyarədə olanların taleyi ilə bağlı məlumat yoxdur.

İlkin məlumata görə, qəza nəticəsində təyyarənin içində olan bütün insanlar ölüb. Rusiya Baş Prokurorluğu qəza il bağlı cinayət işi qaldırıb.

Rusiya prezidenti Vladimir Putin ölənlərin ailələrinə başsağlığı verib. Ölkə başçısı faktla bağlı xüsusi komissiya yaradılmasını da tapşırıb. Moskvanın meri Serqey Sobyanın də ölənlərin yaxınlarına başsağlığı verib. 

Bəzi KİV-lər təyyarənin vertolyotla toqquşaraq qəzaya uğradığını iddia ediblər. Guya ki, hadisə yerində vertolyot qalıqları tapılıb və bu, "Rusiya poçtu"-na aid vertolyot olub. Amma "Rusiya poçtu" yayılan xəbərləri təkzib edərək onların vertolyotunun olmadığını açıqlayıb. 

Последствия самолета Ан-2 в Нарьян-Маре 19 декабря - Sputnik Azərbaycan
RUSİYA
Rusiyadakı təyyarə qəzası kameralara belə düşdü

Qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb. Bunu Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi deyib. Prokurorluqdan isə bildiriblər ki, qəza ilə bağlı bütün versiyalar nəzərdən keçiriləcək. 

Qeyd edək ki, son günlər Moskvada sərt hava şəraiti hökm sürür. Qarlı havaya görə paytaxtda onlarla reys ləğv olunub və təxirə salınıb.

An-148 təyyarəsinin hansı səbəbdən qəzaya uğradığı bilinmir.

Xəbər lenti
0