BAKI, 3 fevral — Sputnik. Rusiyanın Müdafiə Nazirliyi "Su-25" təyyarəsinin Suriyada vurulduğunu və pilotun öldüyünü təsdiq edib.
“Report” xəbər verir ki, idarə qırıcının yaraqlılar tərəfindən vurulduğunu əlavə edib.
Qeyd olunur ki, pilot katapult etsə də, terrorçular tərəfindən öldürülüb.
"Sky News Arabia" telekanalının məlumatına görə, təyyarə "yer-hava" sinifli raketlə vurulub.