CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qiymətlərdə 15 faiz endirim edilir: Lənkəran turistlərə qucaq açır

© Sputnik / Rahim MuradovLənkəranda yerləşən istirahət mərkəzlərindən biri
Lənkəranda yerləşən istirahət mərkəzlərindən biri - Sputnik Azərbaycan
Abunə olmaq
2017-ci ildə Lənkərana 30 minə yaxın turist gəlib və bunların 20%-ni əcnəbilər təşkil edib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 11 fevral — Sputnik. Yeni il qabağı insanların əksəriyyəti dincəlmək və əylənmək üçün istirahət zonalarına üz tutdu. 2016-ci ilə nisbətən 2017-ci ilin sonunda Lənkərana gələn turistlərin sayında artım olub. Onların arasında isə əcnəbilər üstünlük təşkil edib.

Глава Национального бюро по развитию туризма Фуад Нагиев - Sputnik Azərbaycan
Azərbaycan turizmində yüksəliş

Lənkəranda yerləşən istirahət mərkəzlərində dincəlmək istəyənlər üçün yeni il qabağı xüsusi paketlər təklif edilib. Lənkəranda fəaliyyət göstərən istirahət mərkəzlərinin birinin nümayəndəsi Qənbər Abbasov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, çalışdığı mərkəzdə turistlər üçün qiymətlərdə 10-15% endirim edilib.

"Bu il bizim istirahət mərkəzində dincələnlər çox oldu. Gələn turistlərin çoxu xarici turistlər idilər. Rusiyadan, İrandan, Türkiyədən və Ərəbistandan gəlmişdilər. Turistləri mərkəzimizə daha çox dəvət etmək üçün endirimlər olundu. Standart 40-50 manata olan nömrələri 30-40 manata, 100-150 manata olan nömrələri isə 80-100 manata təklif etdik. Yerli turistlər arasında isə paytaxtdan gələnlər üstünlük təşkil etdilər" — deyə o bildirib.

© Sputnik / Rahim MuradovLənkəranda yerləşən istirahət mərkəzlərində
Lənkəranda yerləşən istirahət mərkəzlərində - Sputnik Azərbaycan
Lənkəranda yerləşən istirahət mərkəzlərində

Q.Abbasov onu da əlavə edib ki, çalışdığı istirahət mərkəzinə gələn qonaqlara ən çox yerli mətbəxə aid olan yeməklər təklif edilib və onların Cənub zonasında gəzmələri üçün turlar təşkil edilib.

İran İslam Respublikasından Lənkərana təşrif buyurmuş Teymur Kamrani 5 gün müddətində ölkəmizin demək olar bütün yerlərini gəzdiyini və buraları çox bəyəndiyini deyib: "Azərbaycanı çox bəyəndim. Gürcüstan sərhədini, Gəncəni və başqa yerləri də gəzdik. Təbiətiniz də, insanlarınız da gözəldir."

© Sputnik / Rahim MuradovLənkəranda yerləşən istirahət mərkəzlərində
Lənkəranda yerləşən istirahət mərkəzlərində - Sputnik Azərbaycan
Lənkəranda yerləşən istirahət mərkəzlərində

İranlı digər turist Hatəmi isə mətbəximizdən çox razı qaldığını vurğulayıb: "Azərbaycan çox gözəldir. Burada ağsaqqalları və ağbirçəkləri görəndə elə bilirəm ki, öz vətənimdəyəm. Bura həmişə bayramlarda ailəlikcə gəlirik. Dilimiz, dinimiz, adətimiz birdir. Elə ona görə də ailəmizlə gələndə elə bilirik ki, vətənimizin bir az uzaq şəhərinə gəlmişik. Yeməklərdən ən çox Lənkəran yeməklərini bəyəndik. Bizim, yəni Cənubi Azərbaycanın yeməkləri ilə buranın yeməkləri fərqlidir. Balıq və toyuq ləvəngisini çox bəyəndim".

Qeyd edək ki, 2017-ci ildə Lənkərana 30 minə yaxın turist gəlib və bunların 20%-ni əcnəbilər təşkil edib.

Xəbər lenti
0