BAKI, 27 sentyabr — Sputnik. "2017-ci ilin 9 ayı ərzində ölkə turizmi 23 faiz artıb". Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Ümumdünya Turizm Gününə həsr olunmuş videokörpüdə, Milli Turizm Təbliğat Bürosunun (MTTB) direktoru Fuad Nağıyev belə deyib.
"Bakı və ümumiyyətlə Azərbaycanda turistlərin sayı və göstərilən xidmətlərin keyfiyyəti müsbət dinamika göstərib. Bu, bizim hökumətin gördüyü işlərin nəticəsidir" — o, əlavə edib.
F. Nağıyev onu da bildirib ki, MTTB 2 informasiya portalı yaradıb: www.azerbaijan.travel və www.salambaku.travel