CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həbsxanadakı 160-dan biri: Bakıdan Hindistan baş nazirinə videomüraciət

© Sputnik / Irade JELILHəbsxana divarında tikanlı məftillər, arxiv şəkli
Həbsxana divarında tikanlı məftillər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın miqrasiya qanunlarını pozduğu üçün təcridxanaya salınan Abdul Hüseyn sosial şəbəkələr üzərindən videomüraciət göndərərək Hindistan baş naziri Narendra Modidən kömək istəyib

BAKI, 11 fevral — Sputnik. İş adı altında aldadılaraq Bakıya gətirilən və Azərbaycanın miqrasiya qanunlarını pozduqları üçün təcridxanaya salınan 160 Hindistan vətəndaşından biri, Qərbi Benqal ştatından olan Abdul Hüseyn sosial şəbəkələr üzərindən videomüraciət göndərərək Hindistanın baş naziri Narendra Modidən kömək istəyib. Virtualaz.org Hindistanın ingilisdilli enewsroom.in portalına istinadla xəbər verir ki, bu barədə Kəlküttədə mənzillənmiş "Bangla Sanskriti Mancha" adlı qeyri-hökumət təşkilatının rəhbəri Samirul İslam bildirib.

Abdul Hüseynin valideyinləri ondan 15-20 gündür xəbər ala bilmirdi. Nəhayət sosial şəbəkə fəalları onun harada olduğunu müəyyən ediblər. Məlum olub ki, ixtisasca inşaat mühəndisi olan Hüseyn iş adı altında aldadılaraq Azərbaycana göndərilib. O, hara getdiyi barədə valideyinlərinə xəbər verməyib. "Abdul Hüseyn tərəfindən göndərilmiş videodan məlum olur ki, o da daxil olmaqla 160 Hindistan vətəndaşı Azərbaycanda həbsdə saxlanılır. Bunlardan 45-i Qərbi Benqaldandır"-Samirul İslam deyib.

New Delhi, India - Sputnik Azərbaycan
Hindistana səyahət etmək istəyənlərin nəzərinə

Xatırladaq ki, bu günərdə Azərbaycan Dövlət Miqrasiya Xidməti Bakının Sabunçu və Binəqədi rayonları ərazisində yanvarın 29-31-i və fevralın 1-də keçirilən reydlər zamanı 89 Hindistan vətəndaşının saxlanıldığını, onların miqrasiya qaydalarını pozduqlarını açıqlamışdı.

Abdulun anası Anarban Bibi deyib ki, oğlundan 15 gündən çoxdur xəbər ala bilmirdi. "Sonuncu dəfə demişdi ki, Kəlküttədə hansısa məşqə gedir. Mən oğlumun Bakıya necə gedib çıxdığını bilmirəm. Onun haarda olduğundan sosial şəbəkə fəalları vasitəsilə xəbər tutmuşam. Xahiş edirəm, oğlumun geri qaytarılmasına kömək edin" — qadın deyib.

Abdul Hüseynin göndərdiyi videoda çoxsaylı hindistanlının bir kamerada saxlanıldığı məlum olur. Onlara gündə bir dəfə yemək verirlər. Abdul deyir ki, onu və digər hindistanlıları bəzi turizm agentlikləri vasitəsilə aldadaraq müvafiq sənədlər olmadan Azərbaycana göndəriblər. Bakıda onları hansısa tikiliyə doldurublar və heç bir iş verməyiblər. Hindistanlılar aldadıldıqlarını başa düşəndə Bakıdakı Hindistan səfirliyinə müraciət ediblər. Bundan sonra polis onları, habelə Pakistan və Banqladeşdən olan, bu işə qarışan bir neçə adamı həbs edib. Videoda Abdul Hindistan baş nazirindən və Qərbi Benqal hökumətindən onları geri qaytarmağa kömək etməyi xahiş edir.

Xatırladaq ki, son vaxtlar Hindistan vətəndaşlarının gəlirli iş adı altında aldadılaraq Azərbaycana göndərilməsi halları barədə tez-tez xəbərlər yayılır.

Xəbər lenti
0