Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qış Olimpiya Oyunlarının açılış mərasimi baş tutub

© AFP 2023 / Sean M. HaffeyXXIII Qış Olimpiya Oyunlarının Açılış mərasimi
XXIII Qış Olimpiya Oyunlarının Açılış mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Stadionda məşəli cənubi koreyalı fiqurlu konkisürən, olimpiya və ikiqat dünya çempionu Kim Yon A yandırıb

BAKI, 9 fevral — Sputnik. Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunlarının Açılış mərasimi keçirilib. "Report"un məlumatına görə, tədbir Pxençxan Olimpiya Stadionunda təşkil olunub.

Məxsusi olaraq, Oyunlar üçün salınmış bu arena olimpiadanın bağlanışından sonra söküləcək. 

П/к Д. Инфантино и В. Мутко - Sputnik Azərbaycan
RUSİYA
Beynəlxalq Olimpiya Komitəsindən Rusiyaya daha bir zərbə

Sülh və birliyi simvolizə edən Olimpiya məşəli 101 günlük estafetdən sonra stadiona gətirilib. Estafet "Qoy, hamı parlasın" şüarı altında 7500 nəfər ölkə ərazisində 2018 km-i əhatə edib. Stadionda isə məşəli cənubi koreyalı fiqurlu konkisürən, olimpiya və ikiqat dünya çempionu Kim Yon A yandırıb.

Açılış mərasimində 2 minədək insan çalışıb. 5 uşağın aparıcılıq etdiyi tədbirin əsas ideyası dünyada sülhə can atmaqdan ibarət olub.

Ölkələrin keçidi zamanı Azərbaycanın bayraqdarı ölkənin yeganə təmsilçisi, dağ xizəkçisi Patrik Braxner olub. Rusiya idmançıları olimpiya bayrağı altında keçid ediblər. Buna səbəb Beynəlxalq Olimpiya Komitəsinin Rusiyaya tətbiq etdiyi sanksiyadır. Cənubi və Şimali Koreya idmançıları isə tamaşaçılar önündən yarımadanın görüntüsünü əks etdirən bayraq altında keçiblər.

Qeyd edək ki, fevralın 25-dək davam edəcək Oyunlarda 102 dəst medal sahibini tapacaq. 

Xəbər lenti
0