Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Milyonların həsrətində olduğu mükafatı bakılılar da yaxından gördülər

Abunə olmaq
Kuboku Bakıya 1998-ci ildə Fransa yığmasının heyətində dünya çempionu olmuş Kristian Karambo gətirib

BAKI, 10 fevral — Sputnik. Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib.

Sputnik Azərbaycan xəbər verir ki, fevralın 9-da kubok Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub. Kubok futbol üzrə dünya çempionatı Kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib.

Dünya kubokunun turnesi (World Cup Trophy Tour) ötən ilin sentyabrında Rusiyada başlayıb. 

Dünya kuboku 1974-cü ildə qızıldan hazırlanıb və çəkisi 6,142 kq-dır. 

Xəbər lenti
0