Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda "naməlum" tikinti şirkətinin fəhləsi ölüb, hamı məsuliyyətdən qaçır

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidСтроительство Крымского моста
Строительство Крымского моста - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda binanın fasadını təmir edən fəhlə 4-cü mərtəbədən yıxılıb ölüb, amma onu heç kəs boynuna götürmür

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. Tikinti sahəsində təhlükəsizlik tədbirlərinin görülməməsi səbəbindən baş vermiş növbəti ölüm hadisəsini Yasamal rayonunun hüquq-mühafizə orqanları qeydə alıblar.

Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Kliniki tibbi mərkəzdən sözügedən rayonun 28-ci polis bölməsinə fevralın 7-də inşaat işlərinin aparıldığı binadan düşərək travma almış Qobustan rayon sakini, 1989-cu il təvəllüdlü Bələdov Şamxal Vidadi oğlunun öldüyü barədə məlumat daxil olub.

Bələdov xəstəxanaya saat 1.1:00-da daxil olub, onun ölümü isə saat 12:00-da qeydə alınıb. Klinikaya verilən məlumata görə, cavan oğlan İntex ASC tikinti şirkətinin fəhləsi olub. 

Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Nardaranda iki polis həlak oldu

O, Mətbuat prospekti, 62 ünvanındakı beşmərtəbəli yaşayış binasının fasadının təmiri zamanı yıxılıb. Bələdov 4-cü mərtəbədən düşüb.

Bədbəxt hadisənin baş vermə səbəblərinə və tikinti şirkətinin niyə indiyə kimi işçilərin təhlükəsizliyi ilə bağlı müvafiq tədbirləri görmədiyinə aydınlıq gətirmək üçün, Sputnik Azərbaycan-ın əməkdaşı sözügedən şirkətin rəhbəri Fərid Qəhrəmanova müraciət edib. Lakin Qəhrəmanov uzun araşdırmadan sonra bildirib ki, onlarda Şamxal Bələdov adlı fəhlə heç vaxt işləməyib.

"İkincisi də, biz hazırda Yasamal rayonu ərazisində heç bir təmir və tikinti işləri aparmırıq. Bu, yalan məlumatdır. Əgər belə olsaydı, polis çoxdan bizə müraciət edərdi" — deyə Qəhrəmanov bildirib.

Yasamal RPİ-dən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır. 

Xəbər lenti
0