Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nardaranda iki polis həlak oldu

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır

BAKI, 10 noyabr — Sputnik. Bu gün səhər saatlarında Nardaran iki nəfərin ölümü ilə baş verən avtomobil qəzası baş verib. Sputnik Azərbaycan-a daxil olan məlumata görə, Çevik Polis alayının əmədaşı olan polis işçiləri Nardaranda posta gedərkən qəzaya düşüblər. Avtomobil idarəetməni itirirək divara dəyib. Hadisə zamanı hər iki polis zərbənin təsirindən həlak olub.

Sputnik Azərbaycan lent.az-a istinadla xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus olan 90 AP 23 dövlət qeydiyyat nişanlı "FİAT Doblo" markalı xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Nəticədə avtomobili idarə edən polis əməkdaşı Kərimov Qoşqar Salman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər polis əməkdaşı Məmmədov Elnur Eldar oğlu isə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Hadisə nəticəsində daha bir polis əməkdaşının ağır xəsarət aldığı bildirilir. O, xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, polislər xidməti əraziyə gedərkən qəzaya düşüblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0