CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yeddi oğul"dan biri olan 80 yaşlı Şahsuvar

© Photo : REPORTXalq artisti Rafiq Əzimov
Xalq artisti Rafiq Əzimov - Sputnik Azərbaycan
Abunə olmaq
"Yeddi oğul istərəm" filmində Şahsuvar obrazını yaratmış Rafiq Əzimovun 80 yaşı tamam olur

BAKI, 6 fevral — Sputnik. Azərbaycan aktyoru, Azərbaycan Respublikasının Xalq artisti Rafiq Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub.

Rafiq Əzimov 10 sentyabr 1962-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. O dövrdən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanın iki böyük sənətkarına orden verildi

Azərbaycan Dövlət Televiziyasında hazırlanan Süleyman Saninin "Dibdat bəy" (Dibdat bəy), İslam Səfərlinin "Göz həkimi" (İvanov), Üzeyir Hacıbəyovun "Ordan-burdan" (İsmayıl), Sabit Rəhmanın "Nişanlı qız" (Qasım) teletamaşalarında oynayıb.

Rafiq Əzimov çoxlu sayda filmlərə də çəkilib. Aktyor "Yeddi oğul istərəm", "Arxadan vurulan zərbə" filmlərində yaddaqalan obrazlar yaradıb.

Sənətdə qazandığı nailiyyətlərə görə Rafiq Əzimova 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 2000-cı ildə Xalq artisti fəxri adı verilib.

Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" ordeninə layiq görülüb. 2010-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2018-ci il sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.

Xəbər lenti
0