CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın iki böyük sənətkarına orden verildi

Abunə olmaq
Rafiq Əzimova “Şöhrət”, Kamil Cəlilova “Şərəf” ordeni verildi

BAKI, 2 fevral — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidməti olan iki məşhur şəxsi təltif edib.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini əsas tutaraq Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Rafiq Əşrəf oğlu Əzimovun “Şöhrət”, eləcə də Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Kamil Cəlil oğlu Cəlilovun “Şərəf” ordeni ilə təltif edilməsi barədə sərəncamlar imzalayıb.

Xəbər lenti
0