Rus pilotun özünü partlatma anının videosu yayıldı

© Sputnik / Dmitry Vinogradov / Mediabanka keçidSu-25
Su-25 - Sputnik Azərbaycan
Abunə olmaq
Videoda terrorçuların silahları ilə birlikdə katapult edən pilota doğru qaçaraq onu mühasirəyə aldığı, sonra partlayış səsi gəldiyi görünür

BAKI, 5 fevral — Sputnik. Fevralın 3-də Suriya səmasında terrorçular tərəfindən vurulan Rusiya Hərbi Hava Qüvvələrinə aid Su-25 təyyarəsinin pilotu Roman Filipova Rusiya qəhrəmanı fəxri adı verilib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Российские штурмовики Су-25 взлетают с авиабазы Хмеймимв Сирии - Sputnik Azərbaycan
Rusiya Suriyada "Su-25" təyyarəsinin vurulduğunu təsdiqləyib, pilot ölüb

Məlumatda bildirilir ki, zabit son ana qədər təyyarəni havada saxlamağa cəhd edib və komandanlığa raket hücumu barədə raport verə bilib.

"Terrorçuların nəzarətində olan Tell-Debes yaşayış məskəni rayonunda katapult edərək yerə enən mayor Roman Filippov həyatının son anına qədər xidmətindəki silahla yaraqlılara qarşı qeyri-bərabər döyüşdə mübarizə aparıb", — deyə Nazirliyin məlumatında bildirilir.

Terrorçular Filippovu mühasirəyə alanda ağır yaralı olan zabit özünü əl qumbarası ilə partladıb. Nazirlik bildirib ki, mayor təcrübəli təyyarəçi olub və onun hesabında terrorçuların məhv edilməsinə dair onlarla yerinə yetirilmiş parlaq hərbi tapşırıq var.

Bu arada Telegram messincerində yayımlanan "Directorate 4" adlı kanalda vurulan Rusiya təyyarəsinin pilotu ilə terrorçular arasında döyüşə aid olduğu iddia edilen bir video yayımlanıb.

Eliz de Laroş - Sputnik Azərbaycan
İlk qadın pilot

Videoda terrorçuların silahları ilə birlikdə katapult edən pilota doğru qaçaraq onu mühasirəyə aldığı görünür. Silah səslərindən sonra partlayış səsi gəlir və duman yüksəlir.

Kanalın xəbərinə görə, pilot atəş açdığı terrorçulara əsir düşməmək üçün özünü partladır.

"Russia Today"-in (RT) xəbərinə görə isə, partlayışdan əvvəl pilot rus dilində "Bu, bizim uşaqlar üçün!" ifadəsinin işlədib.

Xatırladaq ki, İdlib əyalətində terrorçular Su-25 təyyarəsini MANPAD adı ilə məşhur olan daşına bilən havadan müdafiə sistemi ilə vurublar.

Pilot katapult etsə də, terrorçularla qeyri-bərabər döyüşdən sonra ölüb. Buna cavab olaraq, Rusiya İdlibin "ən-Nüsra Cəbhəsi"nin nəzarətində olan bölgəsinə hava zərbələri endrib. Nəticədə 30-dan çox terrorçu məhv edilib.

Xəbər lenti
0