CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Borc verilən min manat 40 illik dostun güllələnməsinə səbəb oldu

CC0 / sluehr3g / gunOv tüfəngi, arxiv şəkli
Ov tüfəngi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xaçmaz rayonunun Çarxı kənd sakinləri arasında qaytarılmayan borc üstündə düşən dava qətllə başa çatıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Fevralın 4-dən 5-nə keçən gecə Xaçmaz rayonunun Çarxı kəndində qəsdən qətl törədilib. Bu barədə Sputnik Azərbaycan-a Xaçmaz Rayon Prokurorluğundan məlumat verilib.

Məlum olub ki, kənd sakini, 1973-cü il təvəllüdlü Hidayətov Ehtiram Əliyar oğlu ov tüfəngindən dostu, 1973-cü il təvəllüdlü Cəfərov Əfqan Malik oğluna atəş açıb. Cəfərov aldığı yaradan hadisə yerindəcə keçinib. Cinayətdən dərhal sonra Hidayətov polisə gələrək günahını etiraf edib.

Нож в руке, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Daha bir rayonumuzda amansız qətl

İstintaq zamanı məlum olub ki, Hidayətov və Cəfərov məktəb partasından bu yana dost olublar və qonşuluqda yaşayıblar. Uşaqlıq dostları arasında münaqişə isə pul üstündə baş verib.

"Azərbaycan Dəmir Yolları" QSC-də işləyən Hidayətov dostuna min manat borc verib. Vədə tamam olsa da, Cəfərov pulu qaytarmayıb. Hidayətov dostugilə gedərək onların qapısını döyüb və pulu istəyib. Deyib ki, uşağım xəstədir və onun müalicəsinə vəsait lazımdır. Cəfərov isə nəinki borcunu qaytarmaq istəməyib, əksinə, yoldaşını təhqir edib. Bundan qəzəblənən Hidayətov tüfəng dalınca evə qaçıb. Bir az sonra tüfənglə geri qayıdaraq dostunu güllələyib.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb. Xaçmaz Raуon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0