Milli Məclisin yaz sessiyasında ilk iclası başladı, bəzi dəyişikliklər gözlənilir

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İclasın gündəliyinə 15 məsələ daxil edilib

BAKI, 1 fevral — Sputnik. Milli Məclisin yaz sessiyasında ilk plenar iclası başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 15 məsələ daxil edilib.

İlk olaraq Milli Məclisin Hesablayıcı komissiyasının, İntizam komissiyasının yenidən təşkil edilməsinə, parlamentin 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planına baxılacaq.

Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
Milli Məclisdə böyük narazılıq: Bu qədər güzəşt edirik, qarşılığına baxın

"Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişin təsdiq edilməsinə baxılacaq.

"Sosial sığorta haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

"Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunlarda, İnzibati Xətalar, Şəhərsalma və Tikinti məcəllələrində dəyişikliklər müzakirəyə çıxarılacaq.

"Dərman vasitələri haqqında", "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

İclasda "Peşə təhsili haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0