QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Milli Məclisdə böyük narazılıq: Bu qədər güzəşt edirik, qarşılığına baxın

© Sputnik / Murad OrujovЗаседание Милли Меджлиса Азербайджана
Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Oqtay Əsədov: "Bəzi qüvvələr Azərbaycan-Gürcüstan müttəfiqliyini pozmaq istəyir"

BAKI, 29 dekaber — Sputnik. "Azərbaycan ən çətin vaxtlarda Gürcüstana kömək edib. Ola bilər, kimlərsə bu müttəfiqliyi pozmaq istəyir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

Gürcüstandakı meşə yanğınlarının söndürülməsi əməliyyatı - Sputnik Azərbaycan
HADİSƏ
Gürcüstanda növbəti yanğın, Azərbaycan yardıma yetişdi

O bildirib ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna bununla bağlı tapşırıq veriləcək: "Məsələ araşdırılmalıdır".

İclasda deputat Rasim Musabəyov da Gürcüstanla Ermənistan arasında nəqliyyat dəhlizinin yaradılması təklifinə etirazını bildirib.

"Bir neçə il əvvəl Nino Burcanadze Gürcüstan parlamentinin spikeri olub. Səhv etmirəmsə, NATO PA-nın iclasına dəvət edilmişdi. O çıxışı zamanı bildirdi ki, Rusiya qaz kəmərlərini partladır, bizi qışın soyuğunda dondurub öldürmək istəyir. Azərbaycan özünün bir çox kəndlərinin qazını kəsib Gürcüstan əhalisinə qaz verdi ki, bizdə camaat odun yandırıb isinə bilər, amma Gürcüstan soyuqdan donub ölməsin".

Bunu isə millət vəkili Qüdrət Həsənquliyev deyib. O bildirib ki, hər zaman bir qonşu kimi öz ləyaqətimizi, etibarlılığımızı göstərmişik: "Həmin iclas zamanı ona sual verdilər ki, Kosovanın həll variantı keçmiş sovet respublikalarındakı münaqişələrə tətbiq oluna bilərmi? O da dedi ki, nə Moldovaya, nə də Gürcüstana tətbiq oluna bilər. Qarabağın adını isə çəkmədi. Bu artıq həmin ölkənin rəhbərliyinin Azərbaycana olan münasibətidir. Sözsüz ki, o, bundan sonra siyasi elitadan uzaqlaşdırıldı".

"Azərbaycan Gürcüstana qarşı çox ləyaqətlə davranıb. 2008-ci ildə Rusiya ilə müharibə zamanı tibbi yardım göstərdik. Bakı – Tibilisi – Ceyhan qaz kəməri çəkilərkən güzəştli tariflər müəyyənləşdirdik. Bakı – Tibilisi – Qars çəkilərkən onların kreditlərini ödədik. Bu gün Gürcüstana ucuz qiymətə qaz satılır. Gürcüstanda investisiya qoyuluşuna görə Azərbaycan birinci yerdədir" — Q.Həsənquliyev bildirib.

Millət vəkili təklif edib ki, Gürcüstanın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunsun: "Azərbaycan bildirməlidir ki, bununla Gürcüstan çox şey itirəcək. İşğal altında olan torpaqlar üzərindən bunlar dəmiryol xətti açmaq istəyirlər. Azərbaycan buna çox ciddi reaksiya verməlidir".

Qeyd edək ki, Gürcüstanın baş nazir Georgi Kvirikaşvili bir neçə gün öncə parlamentdə çıxışı zamanı Ermənistandan gələn yüklərin fors-major hallarda Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyaya çatdırılmasını təklif edib. Hökumət başçısı deyib ki, bu yoldan fors-major hallarda təkcə Ermənistan deyil, Türkiyə və digər ölkələr də istifadə edə bilər. Həmin vaxt Gürcüstan müxalifəti baş nazirin təklifini sərt tənqid edib.

Xəbər lenti
0