Paytaxt və bütün rayonların sakinlərinin diqqətinə!

© Sputnik / Murad OrujovЖители столицы на Приморском бульваре в Баку
Жители столицы на Приморском бульваре в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik fevral ayı üzrə hava proqnozunu açıqlayıb

BAKI, 31 yanvar — Sputnik. Fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var.

Загрязненный пылью воздух в Баку - Sputnik Azərbaycan
Milli Hidrometeorologiya Departamentindən xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında: Orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında: Orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 2-7, bəzi günlərdə 10-15, dağlarda 16-20 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 11-29 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ (Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında): Orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 0-5, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında: Orta aylıq temperaturun 2-5 dərəcə isti (gecələr 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-36 mm) olacağı gözlənilir.

Приморский парк в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda müşahidə edilən anomal hava şəraitinin səbəbi nədir?

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında: Orta aylıq temperaturun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 0-5, bəzi günlərdə 8-13, yüksək dağlıq ərazilərdə 19-24 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-55 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran (Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında): Orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında: Orta aylıq temperaturun 2-6 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-7, dağlarda 15-20 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 0-4 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 44-105 mm) olacağı gözlənilir.

Xəbər lenti
0