CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda müşahidə edilən anomal hava şəraitinin səbəbi nədir?

© Sputnik / Murad OrujovПриморский парк в Баку
Приморский парк в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Adətən belə hava şəraiti uzun müddət davam etmir

BAKI, 19 yanvar — Sputnik. “Bakı və Abşeron yarımadasında müşahidə edilən hava şəraiti yanvar ayı üçün səciyyəvi deyil”.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov deyib.

Direktor müavinin sözlərinə görə, Bakı və Abşeron yarımadasında havanın temperaturu yanvar ayı üçün bir qədər yüksəkdir: “Azərbaycana 8 istiqamətdən hava kütləsi daxil olur. Bu hava kütlələrindən 7-si kənardan gəlir. Qalan hava kütləsi isə respublikamızın ərazisində formalaşır. Bakı və Abşeron yarımadasında yerli hava kütləsi hakim olduğu üçün belə bir hava şəraiti hökm sürür. Hazırda Rusiya ərazisində soyuq hava şəraiti hökm sürür, arktik hava kütlələri hakimlik edir. Lakin həmin hava kütləsi güclü olmadığından bizim ərazimizə gəlib çata bilmir”.

M.Həsənov qeyd edib ki, adətən belə hava şəraiti uzun müddət davam etmir: “Yəqin bu axşam, yaxud da sabah Bakı və Abşeron yarımadasında hava şəraiti xeyli dəyişəcək. Temperatur bir qədər enəcək, güclü külək müşahidə olunacaq”.

Xəbər lenti
0