Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qorxunc xəstəlik Azərbaycandan uzaqlaşır

© pixabay / WikiImagesПроведение подкожной туберкулиновой пробы, фото из архива
Проведение подкожной туберкулиновой пробы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Komitə sədri: "Azərbaycanda son 5 ildə vərəmlə xəstələnmənin dinamikasında azalma müşahidə olunur"

BAKI, 30 yanvar — Sputnik. "Dünyada 2015-ci ildə 10,4 milyon insan vərəmlə xəstələnib, onlardan 5.9 milyonu (56 faiz) kişi, 3.5 milyon (34 faiz) qadın və 1 milyon (10 faiz) uşaq olub. Hər il dünyada 10 milyona yaxın insan vərəmə yoluxur, 2.5 milyon insan isə bu xəstəlikdən vəfat edir".

Qrip virusu, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda vərəm xəstələrinin sayı açıqlandı

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisdə bu gün "Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə" mövzusunda keçirilən dinləmədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri bildirib ki, vərəm dünya üzrə 10 ən çox yayılmış ölüm halları siyahısındadır: "Vərəm İİV və malyariyadan daha çox ölümə səbəb olur. 2015-ci ildə dünyada 1 milyon uşaq vərəmlə xəstələnib və 210 min uşaq vərəmdən dünyasını dəyişib".

Onun sözlərinə görə, Azərbaycanda isə son 5 ildə xəstələnmənin dinamikasında azalma müşahidə olunur: "2010-cu ildə 100 min əhaliyə 53 xəstə, 2014-cü ildə 100 min əhaliyə 43,5 xəstə, 2016-cı ildə 100 min əhaliyə 38,9 xəstə olub. Yeni hallar arasında sağalma 83 faiz, təkrar hallar arasında sağalma isə 73 faiz olub. Azərbaycanda vərəm əleyhinə dövlət səviyyəsində mübarizə aparılır, qanunvericilikdə mütəmadi olaraq bu sahə ilə bağlı dəyişikliklər edilir".

Ə.Əmiraslanov əlavə edib ki, vərəm dünyada bütövlükdə ən çox yayılmış xəstəliklərdən biridir: "Bu istiqamətdə mübarizə tədbirləri həyata keçirilir, profilaktika sahəsində təsirli tədbirlər həyata keçirilir və müsbət nəticələr əldə olunub. Amma son vaxtlar dünyada vərəmin yeni forması mütəxəssislərin diqqətini cəlb edib. Vərəmin yeni forması dərman preparatlarına son dərəcədə davamlıdır. Bu, uzun müddət müalicə tələb edən formadır və böyük maliyyə vəsaiti tələb edir. Bu forma dünyada bir çox ölkələrdə yayılmağa başlayıb".

Xəbər lenti
0