Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda vərəm xəstələrinin sayı açıqlandı

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidQrip virusu, arxiv şəkli
Qrip virusu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il vərəmə ilkin yoluxan xəstələrin sayının isə 3500-ə qədər olduğunu deyən Axundova əlavə edib ki, onların 3-4 faizini uşaqlar təşkil edir

BAKI, 27 mart — Sputnik. “Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycanın statistikasına əsasən, ölkədə ən çox vərəmlə xəstələnənlər 25-44 yaş arasında olan insanlardır. Bu xəstələrin arasında kişilər üstünlük təşkil edir”. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun (ETACXİ) elm üzrə direktor müavini İradə Axundova deyib. 

Elektron qurğular - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bu qurğular nevroloji xəstəliklərə səbəb olur

Onun sözlərinə görə, hər il qeydiyyatda olan xəstələrin sayı 8500-9000 arasında dəyişir. Ötən il vərəmə ilkin yoluxan xəstələrin sayının isə 3500-ə qədər olduğunu deyən Axundova əlavə edib ki, onların 3-4 faizini uşaqlar təşkil edir. Ölüm hallarına gəlincə, direktor müavini vurğulayıb ki, müvafiq göstərici hər 100 min əhaliyə 3,8 nəfər təşkil edir: “Halbuki bu rəqəm 2015-ci ildə 4,2 nəfər idi. Vərəmin yaranmasına vərəm mikrobakteriyası səbəb olur. Vərəm infeksion xəstəlik olduğundan yalnız xəstə insandan hava-damcı yolu ilə sağlam insana ötürülərək yoluxma əmələ gətirir, bundan sonra xəstəlik yaradır. 2016-cı il üçün ilkin vərəmlə xəstələnən insanların sağalma faizi 83 olub. Bununla da ÜST-nin qoyduğu 85 faiz həddinə çatırıq. Hazırda 918 xəstə müalicəni davam etdirir. Onların arasında müalicə effektivliyi 69 faizdir”. 

Axundova qeyd edib ki, 2010-2016-cı illər ərzində uşaqlar arasında vərəmə yoluxma, həmçinin vərəmdən ölüm hallarının sayında azalma var. Direktor müavini vurğulayıb ki, son illər vərəmə yoluxanların yaşının artdığını müşahidə edilir: “Yəni, xəstəlikdə cavanlaşma yox, yaşlaşma tendensiyası nəzərə çarpır. Şəkərli diabet, mədə və on iki barmaq bağırsağının xorası, bronxial astma və hormonla müalicə olunmalı xəstəlik buna təsir göstərir. Yəni, immuniteti zəiflədən xəstəliklər orqanizmin vərəmə yoluxma riskini artırmış olur. Son illər ərzində şimal bölgəsində vərəmlə xəstələnmə daha çox müşahidə olunur. Bunu da həmin ərazilərin sərhədə yaxın olması ilə əlaqələndiririk”.

Xəbər lenti
0