Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azan səsini eşidən ingilis hakim oyunu dayandırdı

© AFP 2023 / PATRIK STOLLARZFutbol hakimi Mark Klattenburq, arxiv şəkli
Futbol hakimi Mark Klattenburq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azanın bitməsindən sonra oyunu yenidən başladan ingilis hakim azarkeşlər tərəfindən ayaqda alqışlanıb

BAKI, 26 yanvar — Sputnik. Dünyanın ən yaxşı hakimlərindən biri olan Mark Klattenburq Səudiyyə Ərəbistanında idarə etdiyi matçda maraqlı qərar verib.

Sputnik Azərbaycan "A24"ə istinadən xəbər verir ki, "Əl-Fəiha" və "Əl-Fateh" klubları arasındakı Səudiyyə Ərəbistanı Kral Kuboku uğrunda oyunu idarə edən Klattenburq azan səsini eşitdiyi an oyunu dayandırıb.

Azanın bitməsindən sonra oyunu yenidən başladan ingilis hakim azərkeşlər tərəfindən ayaqda alqışlanıb.

Qeyd edək ki, bir neçə il öncə Klattenburq Premyer Liqanı tərk edərək Səudiyyə Ərəbistanı Liqasına transfer olmuşdu.

Xəbər lenti
0