Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daxili İşlər Nazirliyi valideynlərin təlaşına son qoydu

© Sputnik / Anar MustafayevЗдание Министерства внутренних дел Азербайджанской Республики
Здание Министерства внутренних дел Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
DİN Bakıda məktəbin qarşısında uşaqlara narkotik tərkibli konfetlərin paylanılması barədə məlumata münasibət bildirib

BAKI, 26 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi bəzi xəbər saytlarında ayrı-ayrı vətəndaşların sosial şəbəkələrdəki yazışmalarına əsasən, guya Bakı şəhərindəki məktəblərdən birinin qarşısında uşaqlara narkotik tərkibli konfetlərin paylanılması barədə yayılan məlumatlara münasibət bildirib. 

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ictimaiyyətin narahatlığına səbəb olan bu məsələ ilə əlaqədar yayılan məlumatların heç bir əsası yoxdur. 

DİN-in məlumatında qeyd edilib ki, ölkə vətəndaşlarında çaşqınlıq yaratmağa hesablanan oxşar təxribat xarakterli dezinformasiyalar əvvəllər bəzi ölkələrin paytaxtlarındakı, sonuncu dəfə isə Qazaxıstanın Aktau şəhərində yerləşən məktəblərin biri ilə bağlı da yayılıb: "Lakin araşdırmalar zamanı bu məlumatların heç biri öz təsdiqini tapmayıb. 

Narkotik vasitə - Sputnik Azərbaycan
Astarada əməliyyat zamanı külli miqdarda narkotik vasitə tutuldu

Bir daha bildiririk ki, qeyd olunan məktəb də daxil olmaqla Bakı şəhərindəki bütün təhsil müəssisələrinin təhlükəsizliyi həm müasir müşahidə kameraları, həm də polisin mühafizə xidməti və digər qurumlar tərəfindən təmin olunur. O da vurğulanmalıdır ki, bugünədək respublika ərazisində fəaliyyət göstərən heç bir orta məktəbdə və digər təhsil müəssisəsində şagirdlərə mənşəyi məlum olmayan, narkotik tərkibli ərzaq və ya qida məhsulunun paylanılmasına, yaxud satılmasına dair hər hansı fakt qeydə alınmayıb.

Ona görə vətəndaşları belə uydurma, əsassız xəbərlərə inanmamağa, sosial şəbəkələr üzərindən həmin məlumatları paylaşmamağa, üzləşdikləri istənilən hüquq pozuntuları barədə isə DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə və ya ərazi polis orqanına müraciət etməyə çağırırıq".

Xəbər lenti
0