Aleksandra Zuyeva, Sputnik Azərbaycan
Fransızların və almanların əksəriyyəti (65% və 61%), eləcə də britaniyalılar (47%) və polşalılar (37%) Sputnik.Rəy layihəsi çərçivəsində keçirilən rəy sorğusunda ABŞ-ın Rusiyanın qaz layihələrində iştirak edən Avropa şirkətləri əleyhinə sanksiyalarını qəbulolunmaz hesab edirlər. Bütün bunların nəyə görə baş verdiyini və yaxın gələcəkdə nələrin gözləndiyini Sputnik Azərbaycan-a müsahibəsində rusiyalı politoloq, "Ali iqtisadiyyat məktəbi" milli tədqiqat universitetinin professoru Dmitri Yevstafyev şərh edib.
— Niyə avropalıların əksəriyyəti hazırda hesab edir ki, ABŞ-ın sanksiyaları qəbuledilməzdir?
— Bəli, bu baş verib. Həm də təkcə ona görə yox ki, ABŞ sanksiyaları gücləndirərək özünün iqtisadi problemlərini avropalıların hesabına həll edir. Həm də ona görə ki, bu aspekt yavaş-yavaş Avropa elitasına toxunmağa başlayır. Bilirsiz, 2008-2014-cü illərdə Avropada baş verən rusofobiyanı siyasi əhval-ruhiyyəli rusofobiya adlandırmaq olardı, hansı ki, 2014-2015-ci illərdə o yerini antirusiya isteriyasına verdi. Əlbəttə, başqa birinin ödəyəcəyi şey yaxşı və xoşdur. O vaxt ki, bu hesabı sən ödəyirsən, necə ki, 2015-2016-cı illərdə avropalılar antirusiya siyasəti ilə bağlı hesabı həm dolayı, həm də birbaşa öz ciblərindən ödəməli oldular, onda rasional siyasi düşüncə öz sözünü deyir.
Əsas odur ki, Avropada hətta antirusiya siyasətinə inanmayanlar belə başa düşməyə başlayıblar ki, Rusiya ilə mübahisə edərkən, onlar geosiyasi özəlliklərini və müstəqilliklərini itirməyə başlayırlar. 2008-ci ildə ikinci potensial qlobal geosiyasi oyunçu olan Avropa, 2017-ci ildə Çin və ABŞ-ın iqtisadi rəqabət obyektinə çevrildi. Və əhəmiyyətli dərəcədə pisləşən sosial şəraitdə təhlükəsizlik sahəsində, eləcə də ABŞ ucbatından enerji təhlükəsizliyi sahəsində risklər artdı. 2017-2018-ci illərin qışında məlum oldu ki, ABŞ-da soyuqlar düşəndə, Amerika şist qazının avropalı istehlakçıları ikinci plana keçirlər.
Avropalılar başa düşürlər ki, ABŞ-ın sanksiya siyasəti nəticəsində 2025-ci ildən sonra yaranacaq yeni dünya iqtisadi və siyasi münasibətləri sistemində Avropa (həm Aİ, həm də Avropanın əsas ölkələri) lider statusundan məhrum ediləcək.
Və təbii olaraq amerikalıların onları itələdikləri və özlərinin düşdüyü bu quyudan çıxmaq üçün müxtəlif yollar axtarırlar. Bu manevrlər Rusiya ilə qarşıdurmaya getməkdən çəkinməklə bağlı deyil (misal üçün, Almaniya və Fransanın tutduğu əsas xətt bu deyil). Bu və ya digər mərhələdə Moskva ilə münasibətlərin yumşaldılmasına Avropanın geosiyasi maraqlarının təmin olunması variantı kimi baxılır. Burada Amerika xəttini yürüdən britaniyalılar istisnadır.
— ABŞ-ın sanksiyaları qaldırması üçün nə baş verməlidir?
— ABŞ heç vaxt Rusiyaya qarşı sanksiyalardan tamamilə imtina etməyəcək. Çünki bu, onun qlobal iqtisadi tənzimləyici qurumlarda və proseslərdə hegemon statusunu vurğulayır.
Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarı ilə ABŞ avropalı peyklərini onunla razılaşmağa məcbur edir. Amma niyə məhz ictimaiyyətin gözü qabağında, bu, özü-özlüyündə müasir dünya üçün dəyərli xüsusiyyətdir.
Təcrübə göstərir ki, hətta İranın nüvə proqramı və ya KXDR-in fəaliyyətləri kimi ən kəskin beynəlxalq böhran belə ABŞ-ı Rusiya ilə xüsusi perspektivdə sanksiyaların aradan qaldırılması ilə bağlı dialoqa məcbur etmədi. Trampın Rusiyaya qarşı sanksiyaların qaldırılmasının mümkünlüyünə dair heç nəyi ifadə etməyən eyhamı belə, neqativ dalğaya səbəb oldu və o, sanksiyaları qaldırmağa cürət etmədi. Rusiyaya qarşı sanksiyalar Amerika elitası üçün ikipartiyalı konsensusun predmetidir. Və meydana gələn detallar istisnasız olaraq taktiki və təbliğati xarakter daşıyır.
Situasiyanın dəyişməsi üçün ABŞ-ın daxilindəki qüvvələr nisbətində dəyişikliklərin baş verməsi tələb olunur. ABŞ-ın daxilində sistematik bir böhrana ehtiyac var ki, Rusiyaya qarşı sanksiyalar və Amerikanın Avropadakı peyklərinin bu sanksiyalara cəlb edilməi artıq ikinci dərəcəli məsələyə çevrilsin. Siz bu miqyasda böhranı və onun baş verə biləcəyi ehtimalını özünüz təsəvvür edin…
Digər məsələ xarici siyasi vəziyyətdir, daha doğrusu, Çinin münasibətlərin gərginləşməsi fonunda ABŞ-dan bundan sonrakı sanksiyaları sərtləşdirməkdən imtinanı tələb etməsi. Bütün bunların fonunda aydın məsələdir ki, sanksiyalar hələ uzun müddət qalacaqdır.
Onu demək istəmirəm ki, sanksiyalar ətrafında yaranan informasiya hay-küyü və informasiya manipulyasiyaları real vəziyyətdən daha çoxdur. Və bu Amerikanın müasir geosiyasi stilidir. Onlar tərəfdaşlarını və əleyhdarlarını daha çox qorxutmaq istəyirlər, nəinki darmadağın etmək.
— Nə üçün, bir sıra Avropa ölkələrində sanksiyaların dayandırılmasına baxmayaraq, Avropa Birliyi ABŞ-la birlikdə Rusiyaya qarşı sanksiyaları tətbiq edir?
— Çünki geosiyasi məntiq deyilən dəhşətli anlayış mövcuddur. "Şeylərin gücü" əvvəllər konkret siyasi və iqtisadi şəraitdə qəbul edilən qərarlara şamil edilirdi. "Şeylərin gücü" dünya siyasətində biznes və daxili siyasətdən daha güclüdür. Sanksiya siyasəti necə başladı? Uzunmüddətli olmayan və əsası, asan "səyahət" necə də xoşdur. Hesab edilirdi ki, sanksiyalar Rusiyanı tez sındıracaq, Birinci Dünya Müharibəsində deyildiyi kimi, "hamı Milad bayramına qədər evinə qayıdacaq". Avropa elitası və eləcə də ictimaiyyətində belə bir möcüzəvi hiss var idi ki, çoxəsrlik düşmən üzərində qələbə və ona qarşı öldürücü zərbə heç vaxt olmadığı qədər yaxındadır. Bunü xüsusilə ictimai institutların nümayəndələri ürəkdən istəyirdilər. Çünki bu, onlar üçün Rusiya üzərində siyasi və iqtisadi qələbə olmaqla yanaşı, həm də onların indiyə qədər zorla yaymağa çalışdığı Avropa dəyərlərinin tamamilə universallaşdırılması üçün bir şandır. O vaxtlar Donald Tusk və Jan-Klod Yunker kimi adamların dediklərini indi yalnız sarkastik təbəssümlə xatırlamaq olar. Bütün bu məlumatlar hər hansı bir iqtisadi səmərəliliyi aradan qaldıran siyasi və ideoloji inersiya yaradır.
Hər şey tamamilə başqa cür alınır. Blitskriqlə yanaşı gərgin siyasi qarşıdurma (hansı ki, nəticədə Aİ demək olar, Yaxın Şərqdə mövqelərini itirir) və Rusiyada iqtisadi sistemin yenidən qurulması baş verir. Burada Ai də heç nə qazanmır. Ən əsası isə, Rusiyada, hətta qərbyönümlü dairələrdə belə təəssürat var idi ki, əgər Qərbdə kiminləsə razılaşmaq lazımdırsa, bu, yalnız Birləşmiş Ştatlardır. Hansısa müstəqil olmayan, zəif və aldadıcı Aİ və avropalılar deyil.
O da var ki, Rusiya ilə ABŞ arasındakı qarşıdurmanın nəticəsi hələ tam məlum deyil, amma Avropanın fəlakətli bir məğlubiyyətə uğradığı artıq aşkardır.
Lakin vəziyyətin düzəldilməsi üçün yalnız 2008-ci ildən etibarən Avropanın yanlış milli və fövqəlmilli səviyyələrdəki siyasətinin səhv olduğunu etiraf etmək kifayət deyil. Burada həm də elitaların geosiyasi uyğunsuzluğu problemi var. Onlar ardıcıl olaraq səhv strateji qərarlar qəbul edirlər ki, bu da onların siyasi korluğundan irəli gəlir.
Bəs müasir Avropada bu qərarları kim verəcək? Bunun üçün yeni de Qolla ehtiyac var, lakin Avropada elə siyasətçi yoxdur.
— Bu, çıxılması mümkün olmayan Amerika xəttidir?
— Niyə mümkün olmur ki? Olar. Necə, bu, başqa məsələdir. Burada iki vacib detal var.
Bir tərəfdən avropalılar sanksiyalar sistemindən çıxmaq istəyirlər, amma Rusiyanın da qəbul etməli olduğu öz ssenari və şərtləri var. Bu, təkcə Ruisya-Avropa qarşıdurmasına səbəb olan Krım və ya Şərqi Ukrayna ilə deyil, daha çox iqtisadi və siyasi məsələlərlə bağlıdır. Avropa Rusiyaya qarşı sanksiyalarla bağlı ABŞ-la münaqişəyə gedə bilər (yeri gəlmişkən, bu, Amerika-İran münasibətlərinin gərginləşməsi zamanı baş vermişdi).
Lakin bu, Kremlin avropalılara iqtisadiyyatda üstünlük verəcəyi, yanacaq və enerji sektorundakı islahat şərtlərini qəbul edəcəyi (məsələn, Gazprom və qaz ticarəti rejimini bölüşdürmək) və Aİ-nin 2010-2012-ci illərdə Rusiyaya təklif etdiyi modellər əsasında siyasi sistemin yenidən formalaşdırılmasına başlaya biləcəyi halda mümkündür. Və burada sual yaranır — Aİ tələbləri və siyasi maraqlarını təmin edən risklər, sanksiyalar siyasəti ilə yaranan risklərdən daha artıqdır? Və burada müvafiq dividendlər olacaqmı? Rusiya və Aİ münasibətlərində uzun bir yol keçiblər ki, bu da Moskvanın avropalılara etibarının nisbətən aşağı səviyyə düşməsinə gətirib çıxarıb.
Digər tərəfdən bizə, Rusiyaya nə daha vacibdir? Avropalılar yüksək siyasi səviyyədə sanksiyaların ləğvini və ya sanksiyaların özləri tərəfindən həyata keçirildiyini elan etdilərmi?
Siyasi cəhətdən elan edilmiş sanksiyalar real sektorda Rusiyadakı Avropa investorlarının özəl layihələrinin həyata keçirilməsinə xüsusilə müdaxilə etmir. Onlar sadəcə siyasi bəyanatlar olmadan və "qeyri-ənənəvi maliyyə mexanizmlərindən istifadə etmədən" "təhlükəsiz" bir rejimdə həyata keçirilir. Və bu Rusiyanı tamamilə qane edir.
— Rusiya sanksiyaların şərtlərinə uyğunlaşa bilirmi?
— Davamlı və artan sanksiya sisteminə tam uyğunlaşmaq mümkün deyil. Ancaq aydındır ki, Rusiya artıq 2014-ci ildə olduğu kimi sanksiyalara daha çox iqtisadi və inzibati cəhətdən uyğunlaşıb. Bu, son üç il ərzində texnoloji planda yeni sistemlərin yaradıldığı sərt, amansızca, lakin effektiv şəkildə yenidən formalaşmış maliyyə sahəsinə aiddir. Ən əsası isə, sanksiyaların tətbiqi ümumiyyətlə, 2014-cü ildə olduğu kimi dəhşətli qorxu doğurmur. O zaman sankiyaların qəbulu daha böyük təhlükə yaradırdı.
— Yanvarın sonu və fevral ayının əvvəlində şəxslərə yönəlik sanksiyalar dalğası və Rusiyanın bank sektoruna qarşı sanksiyaların sərtləşməsi gözlənilirmi?
— "Şəxslərə yönəlik sanksiyalar" adlandırılan sanksiyalar prezident Vladimir Putinə yaxınlığı ilə tanınan və xaricdə sərmayəi olan Rusiya biznesmenlərinə qarşı tətbiq olunan sanksiyalardır. Bu, belə bir təsəvvür yaradır ki, amerikalıların daha çox KİV-də hiss olunan bu istiqamətdə fəallığı əsasən informasiya-marketinq xarakteri daşıyır. Bizim iş adamlarına adlarının "Putinin dostları" siyahısında görünməməsi şərtilə siyasi və ya kommersiya əsaslı "danışıqlar" aparmaq təklif olunur. Belə marketinq siyasəti ilə amerikalıların nə dərəcədə uğur qazanacağını deyə bilmərəm. Əgər kiminsə adını "Putinin dostları" siyahısından çıxarmaq mümkündürsə, onda onların adını həmin siyahıya qaytarmaq da mümkündür. Bu, vaşinqtonlu lobbiçilər üçün qarşıdakı uzun illər ərzində yaxşı gəlir mənbəyidir. Ancaq ayrı-ayrı iş adamlarının taleyi və onların təşviş içində olan əhval-ruhiyyələri bütünlüklə Rusiyanın sabitliyi ilə əlaqələndirilməməlidir.
Banklara münasibətdə tətbiq olunan sanksiyalara gəlincə, bu çətin məsələdir. Düşünürəm ki, amerikalılar burada ehtiyatla hərəkət edəcəklər. Çünki onlar burada təkcə asimmetrik deyil, eyni zamanda simmetrik cavabların mümkünlüyünü də başa düşürlər. Çünki belədə Amerikanın Rusiyadakı investorlarının mülkiyyətinə və carry trade sisteminə bağlı olan pullarının taleyinə də təhlükə yaranır. Qlobal iqtisadi müharibədə ABŞ Rusiyaya qarşı daha zəif əleyhdardır. Onu dövlət və iqtisadi sistem kimi itirmək daha ziyansızdır.
Amma siyasi qarşıdurmaya gəlincə, Rusiyanın hazırlıq səviyyəsi pis deyil, bəlkə də ABŞ-dan daha yaxşıdır. Beləliklə, yeni sanksiyalar dalğası qorxudur, lakin onların hamısına kompleks baxanda, "qorxutmayan" tərəfləri daha böyükdür.
- Rusiyaya qarşı sanksiyaların Cənubi Qafqaza təsiri varmı?
— İstəilən sanksiyalar sistemi o sanksiyaların tətbiq olunduğu ölkələrlə qarşılıqlı əlaqəsi olan ölkələrə mənfi təsir göstərir. Burada heç bir istisna yoxdur. Hətta ən ağır ittihamları belə istisna etsək, o ölkələrin Rusiya ilə əməkdaşlığa görə cəzalandırılmaq riski var. Xüsusilə də müəyyən xüsusi sanksiyaları tətbiq etmək qərarı könüllü, heç bir səbəb olmadan qəbul edilir. Cənubi Qafqaz ölkələri ilə Rusiyanın münasibətlərinin xarakteri belədir ki, sanksiyalar yalnız bir sıra böyük yeni strateji layihələrin vəziyyətini çətinləşdirə bilər. Amma mövcud prinsipial qarşılıqlı münasibətə təsir göstərə bilməz. Xüsusilə bank fəaliyyətləri sektorunda müxtəlif sığortalanmış təhlükəsiz mexanizmlərdən istifadə etmək lazımdır.