Fikrət Sadıxov: “Bu ABŞ-ın digər dövlətlərə “diktə etmək” siyasətinin göstəricisidir”
Amerika Birləşmiş Ştatları öz siyasətini digər ölkələrə diktə etmək üçün mütəmadi olaraq sanksiya siyasətindən istifadə edir.
Politoloq Fikrət Sadıxov Sputnik Azərbqaycan-a deyir ki, sanksiya siyasəti ABŞ tərəfindən uzun illərdir həyata keçirilir: “ABŞ-ın yeni administrasiyası da İrana, Rusiyaya, Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edir. Əmin deyiləm ki, bu sanksiyaların tətbiqi birmənalı olaraq müsbət nəticə verəcək. Bu sanksiyalar ölkələrin strateji kursunu dəyişməyəcək”.