Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türk ordusunun zəfəri Ərdoğanla Əsədi barışdıracaq

© AP Photo / Osman OrsalВстреча Раджапа Таййипа Эрдогана и Башара Асада в Стамбуле. 7 июня 2010 года
Встреча Раджапа Таййипа Эрдогана и Башара Асада в Стамбуле. 7 июня 2010 года - Sputnik Azərbaycan
Abunə olmaq
"Afrin əməliyyatı Türkiyə ilə Suriya arasında gələcək sülhə doğru bir addımdır"

BAKI, 25 yanvar — Sputnik. "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatlarına ayrı-ayrılıqda baxmaq olmaz. Bunu Sputnik Türkiyə-yə siyasi şərhçi Metexan Dəmir (Metehan Demir), Afrin əməliyyatı ətrafında yaranmış vəziyyəti şərh edərkən deyib.

Türk hərbi polisi Suriyada - Sputnik Azərbaycan
Türk ordusunun məhv etdiyi terrorçuların sayı açıqlandı

Artıq bir neçə gündür ki, Suriyanın Afrin bölgəsində Türkiyə Silahlı Qüvvələrinin PYD və YPG (hər ikisi Türkiyənin terror təşkilatı adlandırdığı "Kürdüstan Fəhlə Partiyası"nın (PKK) Suriyadakı qanadlarıdır — red.) kürd birləşmələri əleyhinə, Azad Suriya Ordusu dəstələrinin iştirakı ilə həyata keçirdiyi quru və hava əməliyyatları davam edir.

Sözügedən hər iki əməliyyatın bir-birini tamamladığını və hər ikisinin Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası/Demokratik İttifaq Partiyasına (PKK/PYD) qarşı dəhliz formalaşdırmağa yönəldiyini qeyd edən Dəmir bildirib ki, Afrin əməliyyatlarının məqsədi regionda kürd dövlətinin formalaşdırılmasının qarşısını almaq, PKK tərəfindən hücumlarla müşayiət edilən terror təhdidlərinin mənbələrini məhv etmək və regionu qanuni sahiblərinin nəzarətinə qaytarmaqdır.

Onun sözlərinə görə, bu əməliyyatla "Fərat qalxanı" əməliyyatı arasında fərq yalnız hərbi əməliyyatların keçirildiyi ərazilərdə və miqyasındadır: "Əməliyyatın növbəti mərhələsi, böyük ehtimalla Menbiçdə davam edəcək. Siyasi nöqteyi-nəzərdən Menbiç Amerika ilə Rusiya arasında ən çox fikir ayrılıqlarının olduğu ərazidir. Lakin əvvəllər Afrin əməliyyatları ilə bağlı deyirdilər ki, "Rusiya hava məkanında koordinasiyanı təmin etməyəcək".

"Amma biz bu gün Rusiya ilə Türkiyə arasında yüksək səviyyədə iş birliyini və koordinasiyanı müşahidə edirik. ABŞ-ın isə bu vəziyyətin çox da əleyhinə olmadığını görürük. Bununla yanaşı, Rusiya ilə ABŞ-ın münasibətlərinin gərgin olduğu bir dövrdə Moskvanın Ankaraya yaxın bir mövqe tutması da diqqətəlayiqdir" — deyə Dəmir bildirib.

Politoloqun fikrincə, Suriyada qüvvələr balansının və konyuktur dostluqların sürətlə dəyişdiyini, yeni strateji ittifaqların dağılmasını və qurulmasını nəzərə alsaq, Suriya müzakirə mövzusu olanda hansı dövlətin Türkiyənin "dostu" və ya "əleyhdarı" olduğunu təsnifləşdirmək çətindir: "Sabah nə olacağını heç kəs bilə bilməz. Ona görə də, bu gün qurulan yaxın münasibətlərin ittifaq və strateji müttəfiqliq səviyyəsində davam edib-etməyəcəyi məlum deyil".

Onun sözlərinə görə, bu bölgənin oyunçuları konkret bir mövqe tutsalar, hər hansı bir əməliyyata başlayarkən, bu əməliyyatın təsirini azaltmağa və ya diqqəti yayındırmağa yönəlik başqa kontr həmlələrlə qarşılaşa bilərlər: "Bu səbəbdən də Afrin hərəkatı davam edərkən bəzi yerlərdə Türkiyəni çaşdırmaq istiqamətində həmlələrin planlaşdırıla biləcəyini düşünürəm. Ona görə də hər şeyə hazırlıqlı olmalıyıq".

Afrində türk hərbçiləri, 22 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Türk general Afrin əməliyyatının hədəfini və gizli planı açıqladı

Öz növbəsində Türkiyənin Enerji Bazarları və Siyasətləri İnstitutunun rəhbəri, politoloq Volkan Özdəmir (Volkan Özdemir) əmin olduğunu bildirib ki, Afrin bu yaxınlarda Türkiyə və Rusiyanın baş qərargah rəislərinin Moskvada keçirilən görüşünün nəticəsidir. Onun sözlərinə görə, eynilə 9 avqust 2016-cı ildə Sankt-Peterburqda keçirilən türk-rus görüşündən bir neçə həftə sonra "Fərat qalxanı" hərəkatının başlanması kimi, "Zeytun budağı" hərəkatı da yüksək səviyyəli hərbçilərin Moskvada keçirdikləri görüşün nəticəsi olaraq ortaya çıxıb.

Bu əməliyyatın Moskva ilə Ankara arasında əməkdaşlıq səviyyəsinin yüksəldiyinə işarə olduğunu vurğulayan Özdəmir deyib: "Türkiyəyə yaxın bəzi muxalif qruplar İdlibdən Afrinə köçürüldü. Nəticədə Suriya qüvvələri İdlibin şərqindəki hava limanını döyüşsüz ələ keçirdi. Bu isə Türkiyə ilə Rusiyanın əməkdaşlıq səviyyəsinin yüksəldiyini göstərir".

"Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatlarını müqayisə edən politoloq qeyd edib ki, "Fərat qalxanı" əməliyyatının ilkin hədəfi İŞİD terror təşkilatını bölgədən təmizləmək olsa da, əməliyyatın strateji hədəfi Suriyada qurulması planlaşdırılan PKK/PYD dəhlizini yarmaqdır: "Bu mənada uğurlu əməliyyatdır. "Fərat qalxanı" PYD kantonları arasındakı quru əlaqəsini kəsməyi hədəfə alıb. İndi isə "Zeytun budağı"nın "Fərat qalxanı"nın davamı olduğunu düşünə bilərik".

"Türkiyə daha əvvəl yardığı kürd dəhlizində indi təmizləmə əməliyyatını həyata keçirir" — deyən Özdəmir əməliyyatın diplomatik açıqlamalar nöqteyi-nəzərindən şərh edilməməsinin lazım gəldiyinə diqqət çəkib.

"Suriya hökuməti Türkiyənin əməliyyatını qınasa da, bu, açıq-aşar Rusiyanın koordinasiya etdiyi bir əməliyyatdır və tərəflər gedişatdan məmnundur. Bu əməliyyat Türkiyəni Suriya ilə faktiki olaraq barışdırmaq mərhələsinə gətirib. Bu proses addım-addım gedir. Hər şey qaydasında gedərsə, əməliyyatın ikinci məhhələsi Menbiç olacaq. Bundan sonra isə Fəratın şərqi gəlir. Afrində Türkiyə və Suriya demək olar ki, barışıb. Menbiçdə də rəsmən barışa bilərlər. Eyni zamanda, ikinci mərhələdə PYD Rusiyanı tamamilə qarşısına ala bilər. Üçüncü mərhələdə isə region ölkələri Fəratın şərqində PYD və ABŞ-a qarşı birləşə bilərlər" — deyə Özdəmir bildiirb.

"YPG Afrini Suriya ordusuna təslim edərsə, Türkiyə Silahlı Qüvvələri nə edər" sualına cavabında isə Özdəmir deyib: "Buradakı məqsəd sərhədlərin terror təşkilatlarından təmizlənməsidir. Suriya hakimiyyəti gələcəkdə Afrin və ya İdlibə nəzarəti öz əlinə alarsa, bu, əməliyyatın uğurla nəticələnməsi deməkdir. Yekun hədəf Suriyanın ərazi bütövlüyüdürsə, deməli bu, Dəməşqin qələbəsidir. Dəməşqin qələbəsi isə Ankaranın qələbəsidir".

Xatırladaq ki, Türkiyə mediası TSQ-nın 48 saatlıq əməliyyat nəticəsində Türkiyə-Suriya sərhəddindən Afrinə doğru 7,5 kilometr irəlilədiyini bildirib. Bu isə Türkiyə və onun müttəfiqlərinin planlaşdırdığından daha tez əldə edilmiş nəticədir. Qeyd olunur ki, türk hərbçiləri Afrinin şimalı, qərbi və şərqinə tərəf irəliləyir, zaman-zaman bölgədə artilleriya səsləri eşidilməkdədir.

Xəbər lenti
0