Türk ordusunun məhv etdiyi terrorçuların sayı açıqlandı

© REUTERS / Osman OrsalTürk hərbi polisi Suriyada
Türk hərbi polisi Suriyada - Sputnik Azərbaycan
Abunə olmaq
Azad Suriya Ordusu ilə birgə aparılan əməliyyat zamanı 300-dən çox terrorçunun məhv edildiyi qeyd olunub.

BAKI, 25 yanvar — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım, türk ordusunun “Zeytun budağı” əməliyyatında məhv etdiyi PYD terrorçularının sayını açıqlayıb. Nazir, Azad Suriya Ordusu ilə birgə aparılan əməliyyat zamanı 300-dən çox terrorçunun öldürüldüyünü qeyd edib.

Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, Yıldırım deyib ki, terrorçulara qarşı aparılan əməliyyat plana uyğun davam edir: "Suriyanın şimalında İŞİD və PKK terrorçularına qarşı mübarizə aparırıq. İstər adlarını YPG, istər PYD qoysunlar, biz onları tanıyırıq. Hansı dona giririlər girsinlər, biz onları 40 ildir tanıyırıq”.

Hökumət başçısı vurğulayıb ki, NATO-da Türkiyə ilə bərabər çalışan müttəfiq Amerikanın terrorçularla yaxınlaşması qəbuledilməzdir.

"Biz İran, İraq, Suriya və Aralıq dənizi boyunca uzanan 1350 km uzunluğunda olan sərhədlərimizdə heç bir terror qruplaşmasının formalaşmasına icazə verməyəcəyik" — Yıldırım əlavə edib.

Xəbər lenti
0