Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda yaşanan təhlükəli proses nəzarətə götürüldü, xüsusi qərargah yaradıldı

© Sputnik / Murad OrujovВид на телебашню и Flame Towers с бакинского бульвара
Вид на телебашню и Flame Towers с бакинского бульвара - Sputnik Azərbaycan
Abunə olmaq
Ərazidə gedən proseslər Nazirlər Kabinetı tərəfindən nəzarətdə saxlanılır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. Son günlərdə yağıntıların təsirindən Səbail rayonu Bayıl yamacında, "Teleqüllə"-nin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpır, torpaqda çatlar əmələ gəlib, bəzi yerlərdə isə çatlar genişlənib. Bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Bildirilib ki, məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və sürüşmə sahəsinə baxış keçiriblər.

Вид на Бакинскую телебашню - Sputnik Azərbaycan
HADİSƏ
"Teleqüllə" ətrafında təhlükə davam edir - Hadisə yerindən

Bakı şəhərinin aktiv sürüşmə zonalarından olan bu ərazidə sürüşmə halının baş verməsi yeni hadisə deyil, illərlə mövcud olan köhnə problemdir. Sürüşmə hadisəsi müəyyən dövrdən bir aktivləşır. Yağıntıların normadan artıq olması və digər səbəblər də buna öz təsirini göstərir. Vaxtilə ərazidə inşa olunmuş qanunsuz tikililər, onların kommunikasiya xətlərinin qəzalı olması da sürüşməyə təkan verən hallardandır.

Məsələnin ciddiliyi nəzərə alınaraq vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb. Mütəxəssislərin iştirakı ilə sürüşmənin əhatə dairəsi, bu ərazidə mövcud olan tikililərin ünvanları və yaşayan vətəndaşların sayı müəyyənləşdirilib.

"Sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə xüsusi təxliyə və yerləşdirmə planları hazırlanıb. Tələbat yaranarsa, vətəndaşların müvəqqəti yerləşdiriləcəyi yerlər müəyyənləşdirilib. Hazırda ciddi narahatçılığa əsas yoxdur və ərazi aidiyyəti qurumlar tərəfindən nəzarətdədir" — Səbail RİH-dən bildirilib.

Məsələ ilə bağlı RİH-in başçısı Eldar Əzizov tərəfindən qərargahın iclası keçirilib, xidmət, təşkilat və digər sahələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib: "Əraziyə daim baxış keçirilir, quraşdırılmış siqnal qurğularının göstəriciləri və baş verən hər hansı dəyişikliklər barədə dərhal aidiyyəti üzrə məlumat verilir. Ərazidə gedən proseslər Nazirlər Kabinetı tərəfindən nəzarətdə saxlanılır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov da mövcud durumla bağlı Sputnik Azərbaycan-a açıqlama verib. Onun sözlərinə görə, "Teleqüllə" sürüşmə sahəsində – "Teleqüllə"-dən 200-250 metr cənub-şərqdə torpaq qatında müxtəlif istiqamətli çatlar genişlənməkdədir.

"Bizim əməkdaşlarımız səhər saat 8.00-dan ərazidə olublar. Digər qurumların nümayəndələri də var ərazidə. Araşdırma aparılır. Hazırda ərazi dövlətin nəzarətindədir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çatları doldurmağa çalışır. Divarda olan çatlara gipslə mayaklar qoymuşduq. Yenidən çatlar müşahidə edilir. Aidyyatı qurumlar atıq ərazidə müəyyən işlər görür" — Qaralov vurğulayıb.

Xəbər lenti
0