Ərdoğanın kürəkəni də dilləndi: “Ey Amerika...”

© REUTERS / Huseyin AldemirRəcəb Tayyib Ərdoğan və Berat Albayrak. İstanbul, 16 iyul 2016-cı il
Rəcəb Tayyib Ərdoğan və Berat Albayrak. İstanbul, 16 iyul 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Berat Albayrak: “Azad Suriya Ordusunun döyüşçüləri şəhid olarkən harada idiniz?”

BAKI, 22 yanvar — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni, eyni zamanda ölkənin energetika naziri olan Berat Albayrak türk ordusunun Suriyanın şimalında başlatdığı hərbi əməliyyatla bağlı açıqlamalar verib.

Rəcəb Tayyib Ərdoğan və Berat Albayrak. İstanbul, 16 iyul 2016-cı il - Sputnik Azərbaycan
Ərdoğanın kürəkəni Albayrak SOCAR-a güvəndiyini deyib

Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, Albayrak ölkəsinin heç kimin torpağında gözü olmadığını bildirib: "Heç bir ölkənin torpağında gözümüz yoxdur. Milli maraqlarımız nəyi tələb edirsə, vətəndaşlarımızın əmin-amanlığı üçün nə lazımdırsa, onu edirik və heç nədən də çəkinmirik. Keçmişdə müharibələr kişi kimi aparılırdı. Ancaq indi yanımıza və arxamıza baxanda xainləri görürük. Allah bu millətə mərd və igid düşmən nəsib etsin. Biz çox səbr etdik. PYD-nin nə olduğunu xarici tərəfdaşlarımıza dəfələrlə anlatdıq. Ancaq onlar anlamaq istəmədilər. Bu səhv addımdan dönün dedik, dönmədilər".

"Diplomatiyanın nəticə vermədiyi yerdə problemi həll etmək üçün türk ordusu nəyə qadir olduğunu hər kəsə göstərdi. Biz hər zaman söylədik ki, yaxşı və pis terrorçu olmaz. Terrorçu terrorçudur. Heç kim bizə ağıl öyrətməyə çalışmasın. Köhnə dəftərlər çoxdan qapandı. Türkiyə artıq əvvəlki – sözə qulaq asan, əmrlər yerinə yetirən Türkiyə deyil. Bunu yaxşı bilin" – Berat Albayrak qeyd edib.

Nazir sonda Amerikanın PYD-yə dəstəyini qəsd edərək deyib: "Əgər siz İŞİD-lə mübarizədə bu qədər səmimi isəniz, Azad Suriya Ordusu döyüşçüləri şəhid olarkən harada idiniz? Onlar ki, İŞİD deyil. Günahsız sivillər vətənlərindən didərgin düşəndə harada idiniz? Sizin PYD-yə verdiyiniz silahlar və bombalar Türkiyədə günahsız insanların canını yandıranda hara baxırdınız? Uşaqlar silahlı militanlara çevriləndə harada idiniz?"

Xəbər lenti
0