CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni yol təmiri başlayıb

© Photo : PUBLIC DOMAINBakıda yol təmiri, arxiv şəkli
Bakıda yol təmiri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Torpaq işləri bitəndən sonra yolun 220 min m2-dən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək

BAKI, 22 yanvar — Sputnik. Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) tərəfindən müvafiq işlərə başlanılıb.

Bakıda təmir olunmuş küçə - Sputnik Azərbaycan
Daha bir küçə təmirə bağlanıb

AYDA-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 37.5 km uzunluğu olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Layihə çərçivəsində Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun yararsız qruntu qazılaraq çıxarılır, yeni yatağın inşası üçün təqribən 30 km-lik məsafədən xüsusi çınqıl materialı gətirilir. Yol yatağının inşası yekunlaşmış hissələrdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır.

Yolun altından suların ötürülməsi üçün artıq müxtəlif diametrli 25 ədəd borunun, həmçinin 12 və 18 metr uzunluqlara malik avtomobil körpülərinin inşası işləri yekunlaşıb. Yeni suötürücü boruların tikintisi və daha 1 ədəd 12 metrlik körpünün inşası istiqamətində işlər davam etdirilir.

Torpaq işləri bitəndən sonra yolun 220 min m2-dən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

Xəbər lenti
0