CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir küçə təmirə bağlanıb

© Azəryolservis ASCBakıda təmir olunmuş küçə
Bakıda təmir olunmuş küçə - Sputnik Azərbaycan
Abunə olmaq
Hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətləri çəkilərək küçədə tam yeni və müasir yol infrastrukturu yaradılacaq

BAKI, 9 yanvar — Sputnik. Daha bir küçə əsaslı şəkildə təmir edilir. Bu barədə Sputnik Azərbaycan-a Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Ремонт дороги, фото из архива - Sputnik Azərbaycan
Bu yol da üzümüzə bağlanır

O bildirib ki, söhbət 930 metr uzunluğunda, 7-8 metr enində olan Məsud Davudoğlu küçəsindən gedir. Əsaslı təmir çərçivəsində küçənin eni 11-12 metrə qədər genişləndirilir.

"Hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Daha sonra yolun 8 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək" — A.Nəcəfli bildirib.

Onun sözlərinə görə, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri qurulur, mövcudları isə bərpa olunur: "Yol boyu piyada səkilərinin kənarlarına 2 min p/metr uzunluğunda yeni səki daşları düzülür. Sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə "cib"li dayanacaq hissələr yaradılır".

"Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşünsə 36 ədəd yeni baxış qapaqları qoyulacaq. Hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətləri çəkilərək küçədə tam yeni və müasir yol infrastrukturu yaradılacaq" — AYDA sözçüsü bildirib.

Xəbər lenti
0