ELM

Qalmaqallı lüğətin həmmüəllifi: "Etirazları nəzərə alacağıq"

© Sputnik / Murad OrujovОткрытие второго азербайджанского фестиваля науки
Открытие второго азербайджанского фестиваля науки - Sputnik Azərbaycan
Abunə olmaq
Baba Məhərrəmli: "O sözlərin nə məna daşıdığını mən özüm də bilmirəm"

Xudabaxşiyeva Təranə, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan orfoqrafiya lüğətində yer alacaq yeni sözlər və dəyişikliklər birmənalı qarşılanmadı. Yeni orfoqrafik qaydalar sosial şəbəkələrdə geniş müzakirə olunur. Nəzərdə tutulan yeni dəyişikliklər bəzi internet istifadəçiləri tərəfindən aqressiya ilə qarşılanır, hətta yeni qaydalara artıq lətifələr belə qoşulur.

Sputnik Azərbaycan əməkdaşı bu məsələlər ətrafında, kitabın hazırlanmasında birbaşa iştirak edən, Dilçilik İnstitutunun Elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli ilə həmsöhbət olub.

© Photo : REPORTAMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli  - Sputnik Azərbaycan
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli

- Baba müəllim, hansı səbəbdən orfoqrafiya lüğətini yenidən işləyirsiniz?

— Nazirlər Kabinetinin mövcud qərarına əsasən, hər 5 ildən bir Azərbaycanın yeni orfoqrafiya lüğəti yaradılmalıdır. Eyni zamanda, köhnə orfoqrafiya lüğətində müəyyən qüsurlar var idi. O qüsurları mütləq şəkildə aradan qaldırmaq lazım idi. Lüğətdə 110.00 söz yer alıb, amma o sözlərin əksəriyyəti süni və qondarmadır. Əslində, bu da bizim institutun günahı deyil. O zaman layihəyə maliyyə az ayrıldığından kitabı nəşr edən "Şərq-Qərb" nəşriyyatı öz işçilərini də iş prosesinə cəlb edib və onların da fikirləri lüğətdə yer alıb. Nəticədə belə lüğət çap edilib.

- Axı həmin lüğətin redaktoru professor İsmayıl Məmmədli olub. O, lüğəti diqqətlə redaktə etməyib?

— Bəli, 2013-cü ildə çap olunan orfoqrafik lüğətin ön söz müəllifi və redaktoru İsmayıl Məmmədlidir. Maliyyə imkanları çox olmadığı üçün belə lüğət ərsəyə gəlib. Bunları nəzərə alaraq yenidən lüğəti işləyirik.

AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda 10 min sözdən imtina edilir

- Məsələn, hansı sözlər lüğətdə sünidir?

— "Paxırlılıq", "partevarlıq", "pataladolama", "pıqqıltısız" kimi sözlər köhnə lüğətdə öz əksini tapıb. O sözlərin nə məna daşıdığını mən özüm də bilmirəm. Təbii, belə sözlər yeni kitabda lüğətdən çıxarılacaq. Məqsədimiz lüğətdə sözlərin az olsa da, keyfiyyətli olmasıdır.

- Lüğətə bəzi arxaik sözləri yenidən gətirəcəksiniz? Məsələn, "ab", "ab"a, "cakər" və s.

— Əksinə, dilimizdə işlənməyən arxaik sözlər lüğətdən çıxarılacaq. "Abadan" sözü var lüğətimizdə. Üzeyir Hacıbəyovun əsərlərində bu sözə rast gəlmək olur. Hətta izahlı lüğətdə də ona istinad var. Yəni evin abad olsun. Bu sözlər dilimizdə işlənmir. Ona görə o tip artıq sözlərı çıxarmaq fikrindəyik.

- Sosial şəbəkələrdə "g" ilə olan sözlərin "k" ilə əvəz olunacağı barədə xəbərlər böyük söz-söhbətə səbəb olub…

— İclasda da bu barədə müzakirəmiz oldu. Reaksiyaların olduğunu bilirik və çox normal qarşılayırıq. Fikirləri və reaksiyaları mütləq nəzərə alacağıq. İnternetdə müzakirə olunanlar isə ilkin versiyadır. Bu, sadəcə layihədir. Əgər kifayət qədər etiraz olarsa, biz bunları nəzərə alıb düzəldəcəyik.

- Lüğət hazırlanan zaman qarşıya məqsəd qoyulur ki, nə qədər söz olmalıdır?

Azərbaycan dilinə daxil edilmiş yeni sözlər - Sputnik Azərbaycan
ELM
Qondarma sözlər dilimizdən çıxarılır

— Xeyr. Bu, yanlış fikirdir. Əksinə, az olsun, amma keyfiyyətli sözlərdən ibarət lüğət olsun.

- Lüğətə yeni sözlər əlavə ediləcək?

— Təbii ki, dilimizə gələn yeni sözlər əlavə ediləcək. Dilçilik İnstitutunda "Yeni sözlər və yeni mənalar", "İzahlı terminlər" lüğətləri çap olunub. 6-7 min yeni söz dilimizə daxil olub. Həmin bu sözlər Azərbaycan dilinin orfoqrafiya lüğətinə əlavə ediləcək. Bu sözlər elm və texnika ilə bağlı sözlərdir. "Avtoşou", "avtoservis", tibbi termin kimi "aura" sözü, iqtisadiyyat sahəsində istifadə olunan "amortizasiya" termini və digər sözləri misal göstərmək olar.

- "İpəzor", "süranə" kimi sözlər də orfoqrafik lüğətə əlavə ediləcək?

— Bu sözləri kimsə bilərəkdən internetdə yaymışdı. Həmin sözlərin Dilçilik İnstitutu ilə heç bir əlaqəsi yoxdur və lüğətə əlavə edilməyəcək.

- Lüğət nə vaxt çap olunacaq?

— Lüğət aprel ayına kimi tam hazır olacaq və çap ediləcək. Kitab həm onlayn versiyada, həm də kitab şəklində çap olunacaq.

Xəbər lenti
0