ELM

Qondarma sözlər dilimizdən çıxarılır

© Sputnik / Murad OrujovAzərbaycan dilinə daxil edilmiş yeni sözlər
Azərbaycan dilinə daxil edilmiş yeni sözlər - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan dilinin orfoqrafiya qaydalarının tərtib prinsipləri müzakirə olunub

BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. Sputnik Azərbaycan AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub.

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixli iclasında müzakirə olunaraq çapa tövsiyə edilib.

Tədbirdə yeni "Orfoqrafiya lüğət"ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. "Əsgər" sözünün "əskər", "alqı-satqı" sözünün "alğı-satqı" yazılması təklifi məqbul sayılıb. Həmçinin, yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.

© Photo : scienceAzərbaycan dilinin orfoqrafiya qaydalarının tərtib prinsipləri müzakirə olunub
Azərbaycan dilinin orfoqrafiya qaydalarının tərtib prinsipləri müzakirə olunub - Sputnik Azərbaycan
Azərbaycan dilinin orfoqrafiya qaydalarının tərtib prinsipləri müzakirə olunub

Xəbər lenti
0