CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı ekspertlər "Stalinin yaxtası"na baxdılar, qiymət danışılır

Abunə olmaq
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC "Stalinin yaxtası" kimi tanınan "Maksim Qorki" adlı gəmini öz yubileyinə hədiyyə etmək istəyir

BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (XDG) QSC "Stalinin yaxtası" kimi tanınan "Maksim Qorki" adlı gəminin alınmasına dair son qərarı verməyib.

Məlumatlı mənbənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, XDG-nin ekspertlər qrupu ötən həftə gəmiyə texniki baxış keçiriblər. Hazırda gəminin alınması ilə bağlı danışıqlar gedir.

Xatırladaq ki, yanvarın 15-də Rusiya KİV-ləri məlumatlı mənbələrə istinadən xəbər verib ki, "Moskva çay gəmiçiliyi" ASC "Stalinin yaxtası" adlandırılan "Maksim Qorki" gəmisini satışa çıxarıb.

Batan gəmi - Sputnik Azərbaycan
Gəmi qəzasına görə 3 günlük matəm elan edildi

Potensial alıcılar arasında Azərbaycan da var. Xəzər Dəniz Gəmiçiliyi bu il yaradılmasının 160 illiyini qeyd edəcək və buna görə də "Maksim Qorki" gəmisi dəniz donanması muzeyi üçün eksponat kimi istifadə oluna bilər. Yubiley 2018-ci ilin 21 may, yaxud da 25 iyun tarixində — Dənizçilər Günündə qeyd olunacaq.

Rusiya KİV-lərinin yazdığına görə, alqı-satqı barədə müqavilə tərəflər arasında cari ilin birinci kvartalında baş tuta bilər. Bu isə XDG-nin ildönümünə hazırlığa dair iş planının tələbinə tamamilə cavab verir.

Eyni zamanda, Azərbaycandakı məlumatlı mənbə bildirib ki, "Maksim Qorki" teploxodu Xəzər dənizinin Azərbaycan sektorunda heç vaxt istifadə edilməyib. Gəmi yalnız nadir eksponat kimi alınır. O gəmi üzməyəcək, sadəcə Bakı buxtasında lövbər salacaq. Hələlik yeni alınacaq bu "su muzeyi"nin harada yerləşəcəyi məlum deyil. Amma o məlumdur ki, bu muzey görünməsi əlverişli olan yerdə qərar tutacaq.

Yunanıstanın Girit adası sahilləri - Sputnik Azərbaycan
Partlayıcı maddə yüklü Türkiyə gəmisi saxlanıldı

Qiymətlərə gəlincə, tərəflər hələlik yekun qiyməti açıqlamayıblar. Rusiya nəşrinin məlumatına görə, teploxodun satış qiyməti təxminən 20 milyon rus rublu civarında qiymətləndirilir. Bu da Azərbaycan pulu ilə 600 min manat edir.

Hazırda "Maksim Qorki" teploxodu "Mosturflot" səyahət şirkətinə mənsubdur. Bu gəmi səyahət üçün nəzərdə tutulub və 1934-cü ildə "Krasnoye Sormovo" gəmiqayırma zavodunda qurulub. Onun uzunluğu 68,8 metr, eni 13 metrdir. Teploxod saatda 30 kilometr sürət yığır. O, 130 sərnişin üçün nəzərdə tutulub.

XX əsrin 60-cı illərinə qədər bu gəmi orta səviyyəli sovet rəhbərlərinin gəzintisində istifadə olunub. 40-50-ci illərdə isə ölkənin birinci şəxsləri — Beriya, Kaqanoviç, Molotov, Malenkov, Xruşşov və başqaları burada istirahət edib. Amma 50-ci illərin sonunda gəminin partiyanın yüksək vəzifəli şəxslərinin səyahətləri üçün istifadəsi dayandırılıb. Dolaşan əfsanələrə baxmayaraq, İosif Stalin heç vaxt bu gəmidə olmayıb. Yazıçı Maksim Qorki də, deyildiyi kimi 1935-ci ildə bu gəmidə istirahət etməyib. 60-cı illərdən başlayaraq, "Maksim Qorki" Moskvadan olan işçiləri şəhərətrafı çimərliklərə aparmaq üçün istifadə edilib. 1999-2003-cü illərdə teploxodda modernləşdirmə işləri aparılıb. Təmirdən sonra gəmidə Stalinin və digər sovet xadimlərinin mum fiqurlarından ibarət muzey açılıb.

Yeri gəlmişkən, "Mosturflot" teploxodun yekun qiymətini açıqlamaqdan imtina edib, həmçinin digər suallara da cavab verməyib.

Xəbər lenti
0