BAKI, 13 yanvar — Sputnik. Venesuelada Karib dənizində qəzaya uğrayan qayıqda ölən insanlara görə 3 günlük matəm elan olunub.
Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, Falkon ştatının qubernatoru Viktor Klark yanvarın 16-dək ölkə miqyasında bütün bayraqların yarıyadək endiriləcəyini söyləyib.
Məlumata görə, Kyurasao adası yaxınlığında qayığın qayaya çırpılması nəticəsində 5 nəfər ölüb, 16 nəfər isə üzərək adaya yetişə bilib. Doqquz şəxsin taleyi barədə isə hələlik məlumat yoxdur.
Qeyd edək ki, hadisə zamanı qayıqda 30 nəfər olub.