Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Fantastik məbləğ açıqlandı: Messi nə qədər qazanır?

© REUTERS / Sergio PerezLionel Messi
Lionel Messi - Sputnik Azərbaycan
Abunə olmaq
O, illik məvacibi 100 milyon avrodan çox olan ilk futbolçu olub

BAKI, 13 yanvar — Sputnik. “Barselona” futbol klubunun hücumçusu Lionel Messinin maaşı açıqlanıb. Sputnik Azərbaycan “Football Leaks”a istinadən xəbər verir ki, o, illik məvacibi 100 milyon avrodan çox olan ilk futbolçu olub.

Qeyd edilir ki, yeni müqaviləyə əsasən, argentinalı vergilər çıxılmamış ildə 104 milyon alacaq. Bu, futbol tarixində görünməmiş məbləğdir. Vergilər çıxılandan sonra Messinin məvacibi 50 milyondan azacıq çox olacaq. Fransanın PSJ klubunda çıxış edən braziliyalı Neymar təmiz 36,8 milyon alır. 2018-ci ilin yanvarına kimi Çinin “Şanxay Şenxua” klubunda çıxış edən argentinalı Karlos Teves isə 38 milyon alırmış.

İmic gəlirləri, imza bonusu və loyallıq bonusu ilə bir yerdə Messinin illik gəliri 104 milyon avro təşkil edir.

Lionel Messi “Barselona”nın əsas heyətində 2004-cü ildən çıxış edir. O, 8 dəfə İspaniya çempionu, 5 dəfə İspaniya kubokunun qalibi, 4 dəfə Çempionlar Liqasının qalibi olub. Bundan əlavə, Messi 5 dəfə “Qızıl top”u alan ilk futbolçudur.

Xəbər lenti
0