Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanda yeni vitse-prezident təyin olundu

Abunə olmaq
Sahib Ələkbərov tutduğu vəzifədən azad edilib

BAKI, 12 yanvar — Sputnik. Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində dəyişiklik olub. AGF-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı olan Ələkbərov Sahib Nurəddin oğlu tutduğu vəzifədən azad edilib.

Atıcılıq federasiyasının vitse-prezidenti Rasim Rzayev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Vitse-prezident bir çox məsələlərə aydınlıq gətirdi

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası Umudov Firdovsi Qəminalı oğluna həvalə edilib.

Məlumat üçün bildirək ki, Firdovsi Umudov sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. İdmançı kimi karyerası ərzində dəfələrlə Azərbaycan çempionu, gənclər arasında Avropa çempionatının, tələbələr arasında dünya çempionatlarının mükafatçısı, Dünya kubokunun qalibi olub.

Güləş idman növünün inkişafındakı xidmətlərinə görə 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə Dünyanın ən yaxşı məşqçisi seçilib, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub.

Xəbər lenti
0