CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobil sahiblərinin ürəyindən xəbər verən təklif

© Sputnik / Irade JELILİkinci əl avtomobillər
İkinci əl avtomobillər - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu addımın atılması ən azı 2 mühüm problemi həll edəcək"

BAKI, 11 yanvar — Sputnik. "Evakuasiyaya görə alınan ayrıca haqqı ləğv etmək lazımdır". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb.

Avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Sürücülərə müraciət olundu: Təhlükə var

Hüquqşünas qeyd edib ki, dayanma və durma qaydalarını pozan avtomobillərin evakuasiyası, xüsusən də evakuasiya üçün alınan pulların ödənilməsi qaydası, məbləği, kimin cibinə getməsi məsələsi yeni söhbət olmasa da, aktualdır: "Bununla bağlı bir neçə il əvvəl verdiyim bir təklifi təkrarlamaq istəyirəm. Evakuasiyaya görə ayrıca ödənişi ləğv etmək lazımdır. Yalnız dayanma və durma qaydasını pozmaya görə cərimə qalsın. Evakuator avtomobillərinin istismarı xərcləri də məhz həmin cərimələr hesabına yığılan pullardan ödənilsin".

Hüquqşünasın sözlərinə görə, bunun edilməsi ən azı 2 mühüm problemi həll edəcək: "Bu, parklanma qaydalarını pozan sürücülərə münasibətdə ədaləti təmin edəcək. Təsəvvür edin, 2 maşın eyni yerdə eyni qaydada qanunsuz parklanıb və hər ikisi evakuasiya olunmalıdır. Bir evakuator gəlir, onlardan birini aparır, ikincisini isə sürücü özü gəlib sürüb gedir. Eyni qayda pozuntusu olsa da, 1-ci sürücü 40 manat pul (20 manat cərimə, 20 manat evakuasiya haqqı), həm də xeyli vaxt və əsəb itirir. 2-ci sürücü isə uzağı 20 manat cərimə olunur, bəzən hətta cərimə də olunmur".

"Bu ədalətsizlikdir. Evakuasiya üçün alınan pulun harada, kimə, hansı üsulla ödənilməsi söhbəti birdəfəlik ləğv olunar, sürücü bilər ki, evakusiya olsa da, olmasa da konkret cəriməsini ödəyəcək. Evakuasiya üçün ayrıca ödəniş ləğv edilsə, bu işə cəlb edilənlər həm də daha qanuna uyğun fəaliyyət göstərərlər" — Ə.Hüseynov qeyd edib.

Xəbər lenti
0