Sürücülərə müraciət olundu: Təhlükə var

© Sputnik / Anar MustafayevAvtomobil, arxiv şəkli
Avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Körpünün aşırımlarının bərpasının qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub

BAKI, 11 yanvar — Sputnik. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 114-cü km-də (Hacıqabul şəh.) yerləşən yol ötürücüsünün sol yarım hissəsindəki deformasiyaya uğramış körpü aşırımlarının dəyişdirilməsi işləri aparılır.

Bu barədə Sputnik Azərbaycan-a Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, aparılan bərpa işləri ilə əlaqədar olaraq sürücülərdən körpünün üzərində hərəkət edərkən diqqətli olmaları və ərazidə qoyulmuş müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur: "Körpünün aşırımlarının bərpasının qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub".

Xəbər lenti
0