CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı və Sumqayıt arasında “çörək müharibəsi”: İki şəhəri üz-üzə qoydular

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidÇörək, arxiv şəkli
Çörək, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıdan Sumqayıta çörək aparmaq qadağan edilib?

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Dünən axşam saatlarında Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışının qadağan olunması barədə xəbər yayılıb.

İddiaya görə, market sahibləri İcra Hakimiyyətinə çağırılıb və başçının müavini onlarla görüşüb. Market sahiblərinə bildirilib ki, yanvarın 8-dən Sumqayıt şəhəri ərazisində Bakıda fəaliyyət göstərən çörək zavodlarının məhsullarının satışı qadağan olunub. Onlara yalnız Sumqayıt çörək zavodunun məhsullarını satılması ilə bağlı xəbərdarlıq edilib.

Bakı-Sumqayıt yolu - Sputnik Azərbaycan
Bakı və Sumqayıt sakinlərinin diqqətinə!

Bundan əlavə, Bakıdan Sumqayıta çörək daşıyan maşınlar şəhərə girdiyi təqdirdə cərimə meydançasına aparılacağı ilə bağlı xəbər yayılıb.

Çörək sexlərindən birinin əməkdaşının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu barədə onlara sahibkarlar tərəfindən xəbərdarlıq edilib: "Dünən məsələ sərt şəkildə qoyulmuşdu. Deyilmişdi ki, daha çörək götürməyəcəklər. Amma bu gün əməkdaşlarımız Sumqayıta çörək aparıb və sahibkarlar tərəfindən qəbul edilib. Sabah nə olacaqsa, sabah biləcəyik".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun Sputnik Azərbaycan-a verdiyi açıqlamasında bildirir ki, bu hal ilə bağlı quruma şikayət daxil olmayıb, amma belə bir hal varsa, doğru deyil: "Biz azad bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Heç kimin istehlakçı hüquqlarını pozmaq haqqı yoxdur. Bu, beynəlxalq səviyyədə də, ölkə səviyyəsində də istehlakçının hüququnu pozmaq deməkdir. Heç bir dövlət qurumunun istehlakçının hüququnu pozacaq qərarlar verməyə haqqı yoxdur".

Bakı-Sumqayıt elektrik qatarı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sumqayıt və Bakı sakinləri üçün vacib xəbər

Sumqayıt İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Sumqayıtda çörək zavodu, çörək sexləri fəaliyyət göstərir və bu sexlərdə istənilən çörək məmulatları istehsal edilir: “Ölkədə bazar iqtisadiyyatı şəraiti olduğu üçün hər bir sahibkarın istənilən məmulatı alıb-satmaq kimi hüququ var. Sahibkarlar nə istəyirlərsə, onu da alıb satırlar. Sumqayıtda Bakıda istehsal olunan çörək satılır. İstəyən şəxs gəlib yoxlaya bilər. Sahibkar Bakıda istehsal olunan çörəyi qəbul etmirsə, bu onun şəxsi işidir. Kimsə hansısa sahibkara deyə bilməz ki, onu satma, bunu sat. Sumqayıt Şəhər İcra Hakimiyyətinin belə bir qərarı, qadağası yoxdur".

Eyvaz Qocayev, həmçinin bildirib ki, Bakıda istehsal olunan çörək daşıyan maşınların Sumqayıtda aşkarlanacağı halda cərimələnəcəyi məsələsi də tamamilə əsassızdır: "Sumqayıt şəhər icra hakimiyyətinin başçısı belə bir qərar verməyib. Bu, qanunvericiliyə ziddir".

Xəbər lenti
0