CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıt və Bakı sakinləri üçün vacib xəbər

© Sputnik / Murad OrujovBakı-Sumqayıt elektrik qatarı, arxiv şəkli
Bakı-Sumqayıt elektrik qatarı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
O bildirib ki, 10 dekabr 2017-ci ildən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq

BAKI, 8 dekabr — Sputnik. Dekabrın 10-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. O bildirib ki, 10 dekabr 2017-ci ildən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq.

Yeni hərəkət cədvəlinə əsasən, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6011, 6015, 6018, 6020 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.

Hər şənbə, bazar və bayram günləri: Sumqayıt stansiyasından saat 09.17-də yola düşən 6012 elektrik qataraı saat 09.50-də yola düşəcək və saat 10.32-də Bakıya çatacaq. Sumqayıt stansiyasından isə saat 09.50-də yola düşən 6014 elektrik qatarı saat 11.00-da yola düşəcək və saat 11.42-da Bakıya çatacaqdır.

Qeyd edək ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından əldə edə bilərsiniz.

Xəbər lenti
0