ABŞ kəşfiyyatının İran planı: Üsyan davam edəcək

© AFP 2024ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Mayk Pompeo: "Xalq daha rahat həyat şəraiti və teokratik rejimdən xilas olmaq istəyir"

BAKI, 8 yanvar — Sputnik. İranda etiraz aksiyaları səngisə də, ABŞ bununla barışmaq niyyətində deyil. Sputnik Azərbaycan bu barədə "əl-Ərəbiyyə"-yə istinadən xəbər verir.

Бывший президент Ирана Махмуд Ахмадинежад, фото из архива - Sputnik Azərbaycan
İrandakı etirazların ilk qalmaqallı nəticəsi: Eks-prezident həbs olundu

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo "Fox" telekanalının efirində deyib ki, İrandakı hadisələr hələ bitməyib: "İrandakı aksiyaları bitmiş hesab etmək olmaz. Rejim xalqı zorakılıqla hədələyir. Rəsmi Tehran xalqın pulunu Livanda, Suriyada, Yəməndə göyə sovurur və İranı terrora dəstək verən ən böyük dövlətə çevirməyə çalışır".

ABŞ kəşfiyyatının rəhbəri daha sonra deyib: "Tehran rəhbərliyi iddia edir ki, nümayişlərin arxasında ABŞ və İsrail kəşfiyyatı durur. Xeyr! Hər şeyi İran xalqı edib, o başlayıb və davam etdirir".

"Xalq daha rahat həyat şəraiti və teokratik rejimdən xilas olmaq istəyir. Xalq bu idarəetməni istəmir. İnanıram ki, onlar hakimiyyətə qarşı üsyan qaldırmaqda davam edəcəklər. Etirazlar hələ bitməyib. İrandakı dövlət quruluşu lap qədimlərə söykənən teokratik rejimdir. Bu ölkənin dini və dünyəvi hakimiyyət təmsilçiləri keçmişdə də kütləvi etiraz aksiyalarını zor gücü ilə yatırıb" — deyə Pompeo vurğulayıb.

Xəbər lenti
0