BAKI, 7 yanvar — Sputnik. İran İslam Respublikasının keçmiş prezidenti Mahmud Əhmədinecad etirazlara çağırış ittihamı ilə həbs olunub. Bu barədə Sputnik Azərbaycan Al-Quds Al-Arabi qəzetinə istinadən məlumat verir.
Qəzet Əhmədinecadın etirazlardan öncəki çıxışından sitatları da verib.
"Bəzi rəsmi şəxslər xalqın problemlərindən və qayğılarından uzaqdırlar və cəmiyyətdə nə baş verdiyini bilmirlər. İran bu gün iqtisadi resursların çatışmazlığından deyil, yarıtmaz idarəetmədən əziyyət çəkir. Həsən Ruhanının hökuməti güman edir ki, ölkə ona məxsusdur. Xalq ictimai sərvətləri inhisara aldığı üçün hökumətə qəzəblidir" — deyə eks-prezident bildirib.