Ölümcül soyuqlar dünyanı cənginə aldı

© REUTERS / Eduardo MunozABŞ-a yağan qar
ABŞ-a yağan qar - Sputnik Azərbaycan
Abunə olmaq
30 illik fasilədən sonra Floridaya qar yağacağı ehtimal edilir

BAKI, 5 yanvar — Sputnik. Son günlər Şimal yarımkürədə ölümcül soyuqlar müşahidə edilir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, soyuq hava dalğası ABŞ və Çində onlarla insanın ölümünə səbəb olub. ABŞ-ın şərqində 60 milyon insan soyuqdan əziyyət çəkir. Okean buz bağlayıb. Minlərlə təyyarə reysləri təxirə salınıb.

Məlumatlara görə, Nyu-Yorkda fövqaladə vəziyyət elan edilib. Kanada da güclü qar yağır. 30 illik fasilədən sonra Floridaya qar yağacağı ehtimal edilir.

Qubaya yağan qar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qar bu bölgədə də fəsadlar yaratdı

Bostonda yarım metr qar müşahidə edilir. Şəhərdə 1921-ci ildən bu günə qədər olan ən soyuq hava şəraiti hökm sürür. Havanın soyuq və yağıntılı olması okeanın daşmasına səbəb olub. Ərazidə 5 minə yaxın reys təxirə salınıb. Dondurucu soyuqların gələn həftəyə qədər müşahidə ediləcəyi gözlənilir.

Dünyanın ən sıx ölkəsi olan Çində də vəziyyət eynidir. Ölkənin şərqində 10-a yaxın insan soyuqdan donaraq ölüb. Pekində soyuqla əlaqədar olaraq məktəblərdə tətil elan edilib. Məlumata görə, qar və soyuq ölkəyə 100 milyon dollardan çox zərər vurub.

Avropa qitəsinin qərbində Fransa, İngiltərə və İsveçrəni isə Eleanor qasırğası vurub. Hazırda bölgədə 100 minlərlə evə elektrik enerjisinin verilməsi dayandırılıb.

İsveçrədə sürəti saatda 195 kilometr olan fırtına qatarın resylərdən çıxmasına səbəb olub. Fırtınanın sürəti son 37 ildə ölkədə qeydə alınan ən güclü külək rekordunu qırıb.

 

Xəbər lenti
0