Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ləğv edilən bankla əlaqəsi olanlar diqqət etsinlər - MÜRACİƏT

© Sputnik / Murad OrujovЛюди у банкоматов в Баку
Люди у банкоматов в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Müflis banka qarşı tələblər 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır

BAKI, 4 yanvar — Sputnik. “DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına başlanılır.  Sputnik Azərbaycan-a bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ADİF) bildirilib.

Məlumata görə, Azərbaycan Respublikası Bakı Apellyasiya məhkəməsi tərəfindən “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 2017-ci il 27 dekabr tarixli qərar qəbul edilib. Eyni qərarla “DəmirBank” ASC-yə Əmanətlərin Sığortalanması Fondu 2017-ci il 27 dekabr tarixindən ləğvedici təyin edilib.

Один из филиалов DəmirBank в Баку - Sputnik Azərbaycan
İQTİSADİYYAT
“DəmirBank” müştərilərinin nəzərinə: Əmanətlərlə bağlı açıqlama verildi

Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

kreditorun adı və ünvanı;

tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, bu elanın dərc edildiyi gündən 60 (altmış) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun aşağıdakı ünvanlarına müraciət etsinlər:

Bakı şəhəri, Bülbül prospekti, 40, 4-cü mərtəbə, AZ1014.

Bakı şəhəri, Babək prospekti, 16, AZ1025.

Əlavə məlumatlar üçün əlaqə nömrələri (+99412) 447-77-44; 596-65-91.

Qaynar xətt – 941.

Xəbər lenti
0