CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir il tarixə qovuşdu: 2017 yaddaşımızda necə qaldı?

Abunə olmaq
Xəyal Məmmədxanlı: "Benzinin qiymətinin qalxması bu ili yaddaqalan elədi"

BAKI, 29 dekabr — Sputnik. 2017-ci il artıq tarixə qovuşub. Amma yola saldığımız ildə dünyada, o cümlədən Azərbaycanda baş verən hadisələr insanların yaddaşından uzun müddət silinməyəcək.

Sputnik Azərbaycan sosial şəbəkə istifadəçiləri arasında sorğu aparıb və onlara "2017-ci il nələrlə yadda qaldı, həyatınızda nələr dəyişdi, nələr dəyişmədi" sualını ünvanlanıb.

Xoruz ili Azərbaycana nə vəd edir? - Sputnik Azərbaycan
VİDEO
Xoruz ili Azərbaycana nə vəd edir?

Aldığımız cavablar müxtəlifliyi ilə yanaşı maraqlı olub.

Xəyal Məmmədxanlı: "Benzinin qiymətinin qalxması bu ili yaddaqalan elədi"

Bəxtiyar Hacıyev: "Nə dəyişməli idi ki? Köhnə hamam, köhnə tas. Əsas odur, əmin-amanlıqdır, ölüm-itim yoxdur".

Aygün İlqarqızı: "2016-cı ildən qalan planlarım var idi, saxlamışdım 2017-ci ilə, heç birini reallaşdıra bilmədim. İndi də saxladım 2018-ci ilə".

Leyla Abdullayeva: "2017-ci ildə pulun və adamın olmadan da imtahan verməklə dövlət müəssisələrinə işə qəbul olmağın mümkün olduğunu gördük. Benzinin qiyməti qalxdı, rayona işləyən taksilər də gediş haqqını qaldırdılar. Əvvəllər rayon içi gediş haqqı 1 manat idisə, indi 2 manatdır".

Rumiyyə Miraslan: "2017-ci ildə ən yaddaqalan hadisə vergilər nazirinin "dəfni" və təhsilimizin "başsız qalması" oldu".

Aysel Aslan: "Bu il məzun oldum. Heç bir ictimai fəaliyyətim olmadı. Çox gənc kimi monoton yaşamağa davam edirik"

Azər Kərimov: "Dolma nəhayət ki, bizim oldu. Əvəzində məktəblilər üçün nəzərdə tutulan tarix kitablarında "böyük Ermənistan" gördük.

Календарь на 2018 год - Sputnik Azərbaycan
Bizi 2018-də nələr gözləyir: "İt ili"nin gətirdikləri...

Səriyyə Mansurova: "İli necə qarşılamağına bağlıdır. Mən ili pozitiv qarşılayıb, pozitiv yola salmağa çalışıram. 2017-ci il də maraqlı tamaşalar və tədbirlərlə yaddaqalan oldu. Hazırladığım Novruz şənlikləri uğurlu alındı. Qazancım isə valideynlərin təşəkkürləri və uşaqların uğurlu çıxışları oldu".

Nazim Valehov: "Ən maraqlı il oldu mənim üçün. Benzinin qiyməti qalxdı, ərzaq qiymətləri bahalaşdı. 2017-ci il də ancaq pis il kimi yadımda qaldı".

Səbinə Səmədova: "Bol idman oyunları ilə yadda qaldı. İslam Həmrəyliyi, sonra Formula, daha sonra voleybol üzrə çempionat bu ili maraqlı etdi".

Samir Həmidov: "Hər şeyin bahalaşması ilə yadda qaldı. Yaddaşda heç də uğurlu il kimi qalmayacaq".

Fuad Heydərov: " Bu xoruz ili həm müsbət, həm mənfi xatirələr ilə yadda qaldı. Bahalaşma mənfi, işimlə bağlı qazandığım uğurlara görə uğurlu oldu".

Xəbər lenti
0