Yanvarın 28-də Şərq təqviminə görə Meymun ili öz yerini Xoruz ilinə təhvil verir. Bir başqa təqvimə görə, Meymun ilini Dəvə ili əvəz edəcək.
Meymin ilinin ölkəmiz üçün ağır, çətinliklərlə dolu keçdiyini desək, yanılmarıq.
Müxtəlif proqnozlara əsasən, Xoruz ili enerji dolu, siyasi hadisələrlə zəngin il olacaq. Dəvənin müdrik görkəmini nəzərə alsaq, bu ilin də siyasi baxımdan zəngin olacağını demək olar.
Bu il ərzində ölkəmizi nə gözləyir? İqtisadi sahədə, siyasət aləmində, Dağlıq Qarabağ probleminin həlli prosesində nələr ola bilər?
Bu barədə daha ətraflı Sputnik Azərbaycan-ın videoinfoqrafikasından öyrənə bilərsiniz.