Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Üfüqdə Ankara–Bakı–Moskva hərbi üçbucağı görünür

© REUTERS / Khalid al MousilyДмитрий Рогозин, заместитель премьер-министра Российской Федерации, председатель межправительственной комиссии Россия-Азербайджан
Дмитрий Рогозин, заместитель премьер-министра Российской Федерации, председатель межправительственной комиссии Россия-Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın hərbi-sənaye kompleksinə cavabdeh olan şəxs Bakıya niyə gəlmişdi

BAKI, 31 dekabr — Sputnik. Bu ayın ən önəmli hadisələrindən biri Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin Bakıya gözlənilməz səfəri və Prezident İlham Əliyevlə görüşü oldu.

Mətbuat D.Roqozinin Bakı səfərindən onun özünün "Facebook" səhifəsindən xəbər tutdu. D.Roqozin sosial şəbəkədə bildirib ki, Bakıya səfər edib və burada ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın görüşünün yekunları üzrə Azərbaycan Prezidenti ilə danışıqlar aparacaq.

Nəzərə almaq lazımdır ki, D.Roqozin Rusiyada hərbi-sənaye kompleksinə cavabdeh olan şəxsdir. Bu baxımdan, siyasi ekspertlər hesab edirlər ki, Bakıda söhbət silah satışı ilə bağlı olub. Bu amil Ermənistan siyasi dairələrində narahatlıqla qarşılanıb.

D.Roqozinin Azərbaycana gəlişi Bakıda da siyasi dairələrdə geniş müzakirə edilməkdədir. D.Roqozinin Bakı səfərinin Azərbaycanın BMT TŞ –də ABŞ-ın "Qüds qərarı"na "yox" deməsi ilə eyni vaxta düşməsi təsadüfi sayıla bilməz. Ehtimal etmək olar ki, D.Roqozinin Bakıda keçirdiyi görüşlərdə Azərbaycan ilə Rusiya arasında hərbi-sənaye sahəsində əməkdaşlıq məsələləri diqqətdə saxlanılıb.

Dmitri Roqozin - Sputnik Azərbaycan
Roqozin Bakıda: Ermənistana verilən silahlarla bağlı İlham Əliyevə hesabat verəcək

Məsələ ondadır ki, Bakı İsraildən silah alır. Rusiya da Azərbaycana silah satan əsas ölkədir. Aprel döyüşləri zamanı Azərbaycan ordusunun Rusiyanın müasir silahlarından istifadə etməsi Ermənistanda narazılıqla qarşılandı. D.Roqozin aprel döyüşləri zamanı bəyan etmişdi ki, Rusiya Azərbaycana silah satmasa, Bakı silahı başqa ölkədən alacaq və həmin ölkə ilə müttəfiq olacaq. Başqa sözlə, Roqozin həmin ölkənin NATO üzvü ola biləcəyinə işarə edirdi. Əslində, Rusiya ilə silah ticarəti hər iki ölkəyə sərf edir. Azərbaycanla əməkdaşlığı sayəsində Rusiya pul qazanır, müdafiə sənayelərinin əldə etdiyi gəlirdə Azərbaycanın payı 5-7 faiz arasındadır. Bakı isə yeni silahlar almaqla ordusunu gücləndirir.

Ona da diqqət yetirək ki, D.Roqozinin ermənilərin nəzarətində olan media tərəfindən tənqid olunması İrəvanın həyacanının göstəricisidir. D.Roqozin Qərbin siyasətini kəskin tənqid edən siyasi xadim kimi tanınır. Azərbaycanla hərbi əməkdaşlığa üstünlük verməsi isə Kremlin praqmatik maraqlarından irəli gəlir. Əslində Rusiya siyasətçiləri anlamalıdır ki, Bakı Moskvanın Ermənistanın hərbi imkanlarını artırmasından narahatdır.

Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri - Sputnik Azərbaycan
TƏHLİL
Roqozin Bakıya hansı mesajları gətirdi?

Azərbaycanla hərtərəfli əməkdaşlığa ümid edən Moskva Ermənistan siyasətinə korrektə etməyəcəksə, işğal faktını ortadan qaldırmayacaqsa, Rusiya-Azərbaycan əməkdaşlığı perspektivi Kremlin arzu etdiyi səviyyədə olmayacaq. Rusiyada əsas söz sahibi məhz hərbi-sənaye kompleksi və bu sahəyə cavabdeh olan şəxsin Bakıya səfəri Kremlin korrektə istəyindən xəbər verir.

Dmitri Roqozin əsasən hərbi məsələlərə cavabdeh şəxsdir. Onun NATO ilə bağlı fəaliyyətini də nəzərə alsaq, görünür, Bakıda regionda gedən proseslərlə bağlı fikir mübadiləsi aparılıb. D.Roqozinin Bakıda keçirdiyi görüşlər mətbuat üçün qapalı olduğuna görə, müzakirə olunan məsələlərlə bağlı dəqiq fikir yürütmək çətindir. Lakin ehtimal etmək olar ki, burada Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı da müzakirələr aparılıb. Onu da nəzərə alaq ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi kimi strateji bir silah alması istər ABŞ, istərsə də NATO ilə münasibətlərdə əlavə problemə səbəb olub. ABŞ və NATO təmsilçiləri bu barədə xəbərdarlıqla çıxış ediblər. ABŞ-ın hərbi rəhbərliyində — Pentaqonda Türkiyə ilə müttəfiqliyə skeptik yanaşan və Türkiyənin regional maraqlarına etinasız yanaşan çevrələr var. Bunu anlayan Kreml Ankara – Bakı – Moskva üçbucağı formalaşdırmaq istəyir…

Xəbər lenti
0