Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Roqozin Bakıya hansı mesajları gətirdi?

© Photo : RFE/RLSülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri
Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: "Böyük ehtimalla, bu səfər Türkiyə-Azərbaycan münasibətləri ilə bağlıdır. Çünki mart ayının 7-dən etibarən hər iki ölkənin hərbi hava qüvvələri Konyada uzunmüddətli təlimlərə hazırlaşır"

BAKI, 4 mar — Sputnik. "Dmitri Roqozin əsasən hərbi məsələlərə cavabdeh şəxsdir. Onun NATO-dakı fəaliyyətini də nəzərə alsaq, görünür regionda gedən proseslərlə bağlı fikir mübadiləsi aparılıb. Bu səfərdən öncə Putinlə İlham Əliyev arasında telefon danışığı da olub. Vladimir Putin ola bilsin ki, hansısa mesajı yazılı yaxud da şifahi şəkildə İlham Əliyevə birbaşa çatdırmaq istəyib".

Dmitri Roqozin - Sputnik Azərbaycan
SİYASƏT
Rusiyanın 3-cü adamı Bakıya ani səfər edib

Bunu Sputnik-ə Azad Demokratlar Partiyasının (AZDP) rəhbəri Sülhəddin Əkbər deyib. Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozinin Bakıya ani səfərini şərh edən politoloq hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Roqozin vasitəsilə azərbaycanlı həmkarı İlham Əliyevə müəyyən mesajlar çatdıra bilər.

"Roqozinin Bakıda keçirdiyi görüşlər gizli olduğuna görə, müzakirə olunan məsələlərlə bağlı dəqiq fikir yürütmək çətindir. Ancaq böyük ehtimalla, bu, Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı ola bilər. Çünki mart ayının 7-dən etibarən hər iki ölkənin hərbi hava qüvvələri Konyada uzunmüddətli təlimlərə hazırlaşır", —deyə S. Əkbər bildirib.

Politoloq danışıqlarda "Cənub Qaz dəhlizi" məsələsinin də gündəmə gəldiyini istisna etməyib: "Ümumiyyətlə son zamanlar diqqət yetirirsizsə, Rusiyadan yan keçən enerji və nəqliyyat yollarının inkişafına Azərbaycan xüsusi diqqət yetirir. Və bu da təbii ki, Moskvanı qıcıqlandırır".

S. Əkbərin sözlərinə görə, Dmitri Roqozinin keçirdiyi görüşlərdə "Cənub Qaz dəhlizi" məsələsinin də gündəmə gəldiyini güman etmək olar: "Bununla Rusiyanın narahatçılığı Azərbaycan hökumətinə çatdırıla bilər. Çünki rəsmi Kreml sözügedən dəhlizin işə düşməsini həzm edə bilmir".

Xəbər lenti
0